Asiya İnkişaf Bankının prezidenti "Veysəloğlu"nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu
İş adamı Cəbrayıl Cəbrayılov: "Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpasında tarixi rol oynayıb".
Heydər Əliyevin yenilməz iradəsi hesabına müstəqil Azərbaycan dövləti formalaşmışdır-Könül Nəbizadə
Mərhəmət Lələyev CənubunSəsi –kollektivi Bakı səfərinin geniş icmalı (13–14 noyabr 2025)
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fələstini Milli Günü münasibətilə təbrik edib.
Çingiz Əsgərov Avropa Hakimlərinin Məşvərət Şurasının 26-cı plenar iclasında iştirak edib
Konstitusiya və suverenlik ili: Azərbaycan Respublikasının hüquqi dövlətçilik inkişafında yeni mərhələ
“Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov: 17 Noyabr – Milli Dirçəliş Günümüz müstəqilliyimizin sarsılmaz təməllərini formalaşdırdı.
Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycan tarixinin taleyini dəyişən, müstəqilliyimizin bərpası üçün zəmin hazırlayan mühüm hadisələr silsiləsidir. Bu gün, sadəcə bir tarix deyil, xalqımızın özünüdərkinin, milli birliyinin, azadlıq əzminin yenidən oyanışıdır. “Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Həmkarlar İttifaqı Komitəsinin sədri olaraq bildirirəm ki, bu günün mahiyyətini anlamaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.
Milli Dirçəliş Gününün mənəvi əsaslarını ötən əsrin 60-cı illərindən götürmək mümkündür. O dövr Azərbaycan xalqının milli özünüdərk prosesinin yenidən formalaşdığı, milli ruhun gücləndiyi bir mərhələ idi. Bu mərhələnin memarı, xalqımıza yeni düşüncə tərzi, özünəinam və milli ideya bəxş edən Ulu Öndər Heydər Əliyev idi. Onun siyasi uzaqgörənliyi və müdrikliyi məhz bu tarixi prosesi dönməz xarakterə çevirdi və Azərbaycan xalqı müstəqil dövlət olmaq yolunda addımlarını daha güclü atmağa başladı.
Ötən əsrin axırlarında nəhəng bir imperiyanın – Sovet İttifaqının siyasi, iqtisadi və ideoloji dayaqları sarsılmışdı. Mərkəzdəki siyasi qüvvələrin xalqlara, xüsusən də Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti dərinləşmiş, M.Qorbaçov rəhbərliyinin dəstəyi ilə ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı əsassız ərazi iddialarına başlamışdılar. Ermənilərin Topxanada törətdikləri barbarlıq, Ağdamda iki həmvətənimizin qətlə yetirilməsi Bakıda milli hisslərin coşmasına səbəb oldu. Bir dəfə istiqlalın dadını alan xalqımız bilir idi ki, azadlıq ən ali nemətdir və onu qorumaq hər bir azərbaycanlının vicdani borcudur. 1988-ci ildə başlayan milli oyanış hərəkatı qısa zamanda bütün ölkəni əhatə etdi və milyonlarla insanın Azadlıq meydanında ucaltdığı səs tədricən bir amal – müstəqillik ideyasına çevrildi.
Hakimiyyətə gəlişi ilə Azərbaycan xalqına sağlam ruh, özünəinam və milli təfəkkür qazandıran Ulu Öndər Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərin dirçəlişinə böyük önəm verirdi. Onun rəhbərliyi ilə Azərbaycan elmi, mədəniyyəti, sənəti yeni nəfəs aldı, ölkəmiz intibah dövrünə qədəm qoydu. Heydər Əliyevin yaratdığı bu mənəvi-psixoloji və iqtisadi baza sonralar – sovet imperiyası çökməyə başlayanda xalqımızın əsas dayağına çevrildi.
1988-ci ildə xalq hərəkatı geniş vüsət alsa da, həmin dövrdə Azərbaycana rəhbərlik edən qüvvələr mövcud vəziyyəti düzgün qiymətləndirə bilmədilər. Bu şəxslər xalqın maraqlarından daha çox imperiyanın illüziya dolu arzularına xidmət edirdilər. Nəticədə isə tariximizin ən acı səhifələrindən biri – 20 Yanvar faciəsi baş verdi. Hakimiyyət ardıcıllığının siyasi səbatsızlığı xalqın dirçəliş ruhunu doğru istiqamətə yönəltmək iqtidarında deyildi. Belə bir çətin zamanda yenidən xalqın ümid yeri, milli ruhun qoruyucusu Ulu Öndər Heydər Əliyev oldu. O, xalqın azadlıq eşqini ölməyə qoymadı, milli iradəni qorudu və mübarizənin davam etdirilməsi üçün mənəvi dayağa çevrildi.
Tariximizin dönüş nöqtələrindən biri isə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin keçirilən sessiyası oldu. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvanın dövlət bayrağı kimi qəbul olunması barədə qərar verildi. Bu addım yalnız bir rəmzin bərpası deyildi – bu, milli dirçəlişin rəsmiləşməsi, azadlıq yolunun dönməzliyinin bəyan olunması idi. Həmin sessiya ilə xalqımızın müstəqilliyə gedən yolu daha da aydınlaşdı və yeni mərhələ başlandı.
Bu tarixi yol bizi böyük uğurlara, möhkəm dövlətçiliyə, inkişaf etmiş iqtisadiyyata və güclü orduya gətirdi. Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrildi, regionda və dünyada mühüm layihələrin təşəbbüskarı oldu. Müstəqillik yolunda atılan addımların məntiqi nəticəsi isə 2020-ci ilin Zəfəri oldu. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. BMT Təhlükəsizlik Şurasının illərlə icra olunmayan qətnamələri öz real hüquqi gücünü qazandı və haqq-ədalət bərpa olundu. Bu Qələbə milli dirçəliş yolunun zirvəsi, xalqın iradəsinin təntənəsi oldu.
Bu gün biz 17 Noyabr – Milli Dirçəliş Gününü yalnız tarixi hadisə kimi deyil, milli varlığımızı qoruyan bir dəyər kimi qeyd edirik. Bu gün bizi biz edən ideyalara, milli kimliyimizə, azadlıq ruhumuza qaytarır. Bu dəyərləri qorumaq, işıq kimi gələcək nəsillərə ötürmək hər birimizin borcudur.
Bu münasibətlə xalqımızı Milli Dirçəliş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, dövlətimizin daim ucalmasını, müstəqilliyimizin əbədi və dönməz olmasını arzulayıram.






















































