Menu
Xəbər Lenti
Qəhrəman danışır...
7-06-2026, 19:47

Qəhrəman danışır...

09 İyun 2026 08:39Manşet / Dünya

İtkin ayıya görə 94 məktəbi bağladılar

 

Yaponiyanın Utsunomiya şəhərində görünən qara ayının axtarışları davam edir. Təhlükəsizlik səbəbindən şəhərdəki 94 ibtidai və orta məktəb ikinci gündür fəaliyyətini dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, təxminən 100 kiloqram çəkisi olan yetkin ayı sonuncu dəfə çərşənbə axşamı səhər saatlarında universitet kampusunun yaxınlığında müşahidə edilib.

Məlumata əsasən, eyni ayı şənbə günü axşam saatlarında da şəhərdə görülüb. Bu, Utsunomiyanın tarixində qeydə alınan ilk ayı müşahidəsi hesab olunur.

Tokiodan təxminən 100 kilometr şimalda yerləşən şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Bələdiyyə və prefektura əməkdaşları, yanğınsöndürənlər və ovçular birliyinin üzvləri ayının yerini müəyyən etmək üçün axtarış əməliyyatı aparırlar.

Rəsmilər bildiriblər ki, ayının yerləşdiyi ərazidən asılı olaraq heyvan sakitləşdirici vasitə ilə tutulacaq, tələyə salınacaq və ya zəruri hesab olunarsa, zərərsizləşdiriləcək.

Qeyd edək ki, son illərdə Yaponiyada ayıların yaşayış məntəqələrinə daxil olması halları artıb. Ətraf Mühit Nazirliyinin məlumatına görə, 2025-ci maliyyə ilində ayı hücumları nəticəsində ölkə üzrə 238 nəfər xəsarət alıb, 13 nəfər isə həyatını itirib. Bu göstərici indiyədək qeydə alınmış ən yüksək rəqəm hesab olunur.

Mütəxəssislər ayıların insan məskənlərinə yaxınlaşmasını iqlim dəyişikliyi, təbii qida ehtiyatlarının azalması, kənd əhalisinin sayının azalması və istifadəsiz qalan əkin sahələrinin çoxalması ilə əlaqələndirirlər.

Qeyd olunur ki, Asiya qara ayılarının sayı Yaponiyada son illərdə əhəmiyyətli dərəcədə artıb və hazırda ölkədə bu növün populyasiyası əvvəlki dövrlərlə müqayisədə təxminən üç dəfə çoxdur.