“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
Qax RİH-nin başçısı Elvin Paşayev: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, TARİXİ YADDAŞDAN MÜASİR AZƏRBAYCANIN QÜDRƏTİNƏ DOĞRU
Yazı makinasından süni intellektə: Azərbaycanda özəl tibbin və tibbi maarifləndirmənin ilk şahidi – Dr. Davud Qüdrətovun xatirələri
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
Vətənpərvər iş adamı Eldəniz Zeynalov: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ: XALQIN TARİXƏ YAZDIĞI AZADLIQ SALNAMƏSİ!
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
Lənkəran ŞİH başçısı Taleh Qaraşov: MİLLİ DİRÇƏLİŞ GÜNÜ – AZƏRBAYCANIN MÜSTƏQİLLİK YOLUNDA MİLLİ İRADƏNİN VƏ TARİXİ QƏTİYYƏTİN TƏNTƏNƏSİ
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
Könül Xasıyeva harda oxusa da, sevilir!
Dünəndən bəri hamı Könül Xasayevanın pab açılışında oxumasını müzakirə edir. Məncə, burada tənqid ediləsi yox, düşünüləsi məqamlar var.
Siz onun harada oxumasına yox, ətrafına topladığı gəncliyə baxın. O gənclərin muğama, Azərbaycan musiqisinə necə böyük sevgi və diqqətlə qulaq asmasına baxın. Səmimiyyətə, sevgiyə, hörmətə baxın.
Bu gün klassik Azərbaycan musiqisini, muğamı gənclərə sevdirə bilən neçə sənətkarımız var? Könül Xasayeva isə bunu bacarır. Həm də heç kimin məcburiyyəti, göstərişi olmadan. TikTok-da canlı yayım açır, minlərlə insan onu dinləyir. Çünki sevirlər.
Bəlkə də əsas müzakirə olunmalı məsələ elə budur.Niyə bir sənətkarın ətrafına bu qədər gənc toplaşır, niyə onu bu qədər sevirlər?
Ən böyük konsert salonlarında belə bəzən bu qədər diqqət, bu qədər səssizlik, bu qədər səmimi dinləyici sevgisi görmək olmur. Çünki orada bəzən insanları dəvət edirlər, bəzən də dinləməyə məcbur edirlər. Burada isə heç kim heç kimi məcbur etmir. İnsanlar öz istəkləri ilə gəlib dinləyirlər.
Bir də bizdə qəribə bir yanaşma var,sənətkarın harada oxuduğunu müzakirə etməkdən onun necə sevildiyini görmürlər.Elə bilirik, sənətkar mütləq hansısa möhtəşəm səhnədə dayanmalıdır. Halbuki sənətkarı böyük edən səhnənin ölçüsü deyil, onu dinləyənlərin sevgisidir.
İnsan öz sənəti ilə çörəyini qazanır. Harada oxuyacağına da özü qərar verir. Biz isə kiminsə uğuruna sevinməkdənsə, onu mühakimə etməyə daha çox həvəsliyik.
Könül xanım, siz oxuyun! Harada ürəyiniz istəyir, orada oxuyun. Sizi sevən, dinləyən, səsinizdə öz ruhunu tapan insanlar varsa, deməli, sənətiniz öz ünvanını tapıb.
Xalq artisti olmaq təkcə fəxri ad daşımaq deyil, xalqın sevgisini qazanmaqdır.
Bəlkə bir dəfə də məkanın adına yox, oradakı insanların gözlərinə, diqqətinə, sevgisinə baxasınız. Çünki sənəti divarlar böyütmür, sənətkarı sevən insanlar böyüdür.
Çünki əsl uğur səhnənin böyüklüyü deyil, sənətkarın ətrafında yaranan sevgidir!
Şəfəq Ağacan






















































