Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 10:02

15 yolda tıxac var - Siyahı

11 İyun 2026 11:01Manşet / Sosial

“BANM-də hazırda 24 ölkədən əcnəbi tələbə təhsil alır” - Elmar Qasımov

 

“BANM-də tədris olunan ixtisaslar qısa müddətdə xarici ölkələrdən olan gənclərin də böyük marağına səbəb olub”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib.

Onun sözlərinə görə, hazırda BANM-də 200 əcnəbi tələbə təhsil alır.

“Onlar Özbəkistan, Konqo, Rusiya, Gürcüstan, Somali, Türkiyə, Banqladeş, Qazaxıstan, Hindistan, Pakistan, Çin, Türkmənistan, Yəmən, İraq, Burundi, Çad, Şri-Lanka, Toqo, Qırğızıstan, Sudan, Tanzaniya, Kot-d'İvuar, Müqəddəs Lusiya və Misiri təmsil edirlər.

BANM ildən-ilə beynəlxalq tələbələrin seçim etdiyi və xarici gəncləri özünə cəlb edən nüfuzlu ali təhsil müəssisəsinə çevrilir.

BANM yalnız yüksəkkeyfiyyətli mühəndis və mütəxəssis hazırlığı ilə deyil, eyni zamanda multikultural və beynəlxalq tələbə mühitinin formalaşdırılması ilə də fərqlənir. Xarici tələbələr universitetin akademik və ictimai həyatında fəal iştirak edir, müxtəlif mədəniyyətlərin qarşılıqlı inteqrasiyasına töhfə verirlər”, - E.Qasımov vurğulayıb.