Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
“Əks halda bu vəzifə Torala həvalə olunacaq”
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Andorra yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşü öncəsi fikirlərini bölüşüb.
“Qafqazinfo” xəbər verir ki, mütəxəssis qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında bunları deyib:
“İlk növbədə, Emin Mahmudova təşəkkür edir, ona uğurlar arzulayıram. Milli komandada çox futbolçu çıxış edib, amma əsas məsələ iz qoymaqdır. Emin də bunu bacaran oyunçulardandır. Bir məşqçi kimi onun oyununu hər zaman bəyənmişəm. Sabah Emin üçün meydana çıxacağıq. Andorra ilə qarşılaşma bu ilin son oyunu olacaq. Rəqibimiz inkişaf mərhələsində olan komandalardan biridir.
Sabah heyətdə müəyyən dəyişikliklər edəcəyik. Düşərgəyə dəvət olunan bütün futbolçulara, xüsusilə gənclərə şans vermək istəyirik. Məqsədimiz qələbə qazanmaqdır və bunun üçün əlimizdən gələni edəcəyik.
Penalti təyin olunarsa, zərbəni kimin yerinə yetirəcəyinə gəlincə, Emin Mahmudov meydandadırsa, penaltini o vuracaq. Əks halda bu vəzifə Toral Bayramova həvalə olunacaq. Heyətlə bağlı isə onu deyə bilərəm ki, Anton Krivotsyukdan başqa itkimiz yoxdur”.






















































