BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
12 NOYABR – KONSTİTUSİYA GÜNÜ: MÜSTƏQİL AZƏRBAYCANIN HÜQUQİ TƏMƏLİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ MİLLİ SUVERENLİYİNİN TƏNTƏNƏSİ
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
Füzulidə iki maşın toqquşdu - 3 ölü-Yenilənib
Noyabrın 13-ü saat 23 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində rayon sakinləri Seymur İsmayılovun idarə etdiyi “Opel” və Mustafa Musayevin idarə etdiyi “VAZ-2104” markalı avtomobillər toqquşub.
Baş Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, qəza nəticəsində “Opel”in sürücüsü və iki sərnişini hadisə yerində dünyasını dəyişib.
Həmin avtomobilin digər iki sərnişini, həmçinin “VAZ-2104”ün sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
İdarə sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, xüsusilə gecə saatlarında sürəti yol və görünmə şəraitinə uyğun seçməyə, ara məsafəsi saxlamağa və manevrlər zamanı diqqətli olmağa çağırır. Yorğun və yuxusuz halda avtomobil idarə etməkdən çəkinmək, diqqəti yoldan yayındırmamaq, sürücü və sərnişinlərin təhlükəsizlik kəmərlərindən istifadəsini təmin etmək vacibdir. Hər bir sürücü özünün və daşıdığı sərnişinlərin həyatı üçün məsuliyyət daşıdığını unutmamalıdır.
***
Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub. Hadisə zamanı “Opel”in 1987-ci il təvəllüdlü sürücüsü Seymur Pəhləvan oğlu İsmayılov, eləcə də avtomobildə olan sərnişinlər - 2009-cu il təvəllüdlü Turan Elcan oğlu Əsgərov və Əhəd Nəsimi oğlu Heydərzadə hadisə yerində həyatlarını itiriblər.
Qəza nəticəsində “VAZ-2104”ün 1965-ci il təvəllüdlü sürücüsü Mustafa Həsənqulu oğlu Mustafayev və onun 1998-ci il təvəllüdlü qızı Rəmziyə Mustafa qızı Mustafayeva ağır xəsarət alıblar.
Digər avtomobildə olan sərnişinlər - 2009-cu il təvəllüdlü Ramazan Elnur oğlu Cəfərov və 2010-cu il təvəllüdlü Rəvan Elnur oğlu Abbaszadə da ağır xəsarətlə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma davam etdirilir.
Ziya Əmirxanlı























































