BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
12 NOYABR – KONSTİTUSİYA GÜNÜ: MÜSTƏQİL AZƏRBAYCANIN HÜQUQİ TƏMƏLİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ MİLLİ SUVERENLİYİNİN TƏNTƏNƏSİ
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Tələbələrin fotolarını süni intellektlə düzəldib şantaj etdi - Saxlanıldı
Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin foto və video görüntülərinin montaj edilərək sosial şəbəkələrdə yayılması, həmin görüntülərin silinməsi müqabilində onlardan pul tələb olunması ilə bağlı müraciətlər daxil olub.
“Qafqazinfo” xəbər verir ki, Baş İdarə tərəfindən keçirilən əməliyyat-texniki tədbirlərlə bu əməlləri törədən 25 yaşlı İlkin Nəhmədov saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs “TikTok” və “Instagram” sosial şəbəkələrindən tələbələrə məxsus foto və video görüntüləri əldə edərək süni intellekt proqramları vasitəsilə montaj edib.
O, görüntülərə təhqiramiz və rüsvayedici ifadələr əlavə edərək yaratdığı saxta sosial şəbəkə hesablarında yayıb. Daha sonra həmin materialların silinməsi üçün tələbələrdən pul tələb edib.
Faktla bağlı KMBİ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bir daha hər kəsə sosial şəbəkələrdə şəxsi foto və video görüntülərini paylaşarkən diqqətli olmağı, hesablarının məxfilik parametrlərini düzgün tənzimləməyi və fərdi məlumatlarını tanımadıqları şəxslərlə bölüşməməyi tövsiyə edirik.
Qeyd edək ki, vətəndaşlara məxsus foto və video görüntülərdən süni intellekt texnologiyaları vasitəsilə icazəsiz istifadə edilərək saxta, təhqiramiz və rüsvayedici materialların hazırlanması, sosial şəbəkələrdə yayılması, eləcə də onların silinməsi müqabilində pul tələb olunması cinayət məsuliyyəti yaradır.
Bu cür qanunsuz əməllərə yol verən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq ciddi hüquqi tədbirlər görülür və törədilən əməlin xarakterindən asılı olaraq azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər.






















































