Menu
Xəbər Lenti
Paşinyan Fransaya getdi
Dünən, 11:46

Paşinyan Fransaya getdi

Şuşadan ailə - Fotosu
8-11-2026, 21:40

Şuşadan ailə - Fotosu

ZƏFƏRƏ GEDƏN YOL
8-11-2026, 12:53

ZƏFƏRƏ GEDƏN YOL

11 Noyabr 2026 10:22Manşet / Kriminal

10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı

 

İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədovun hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi məhkumun bəraət tələbini əsaslı hesab etməyib.

Amma Bakı Hərbi Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilib. Qəhrəman Məmmədovun cəzası 6 ildən 5 il 6 aya endirilib.

Qeyd edək ki, Q.Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edib. O, İstanbul hava limanında saxlanılarkən çantasında ümumilikdə 10 milyon manat dəyərində 70 kilo qızıl külçələr aşkar edilib. Sonradan həmin qızılların qaçaqmalçılıq yolu ilə müxtəlif ölkələr arasında daşındığı müəyyən edilib.

Bu əməllərinə görə zabitə Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə etməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yekun ittiham verilib.

Sail Ağasəlim