MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
Nərimanov rayonunda “8 Noyabr – Zəfər Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib
Dr. Aslan Məmmədov: ZƏFƏR GÜNÜ – AZƏRBAYCANIN DÜNYAYA GÜCÜNÜ VƏ QƏTİYYƏTİNİ SÜBUT ETDİYİ TARİX!
İş adamı Tofiq İsayev: 8 NOYABR – AZƏRBAYCANIN GƏLƏCƏYƏ QALİB XALQ KİMİ ADDIMLADIĞI TARİXİ GÜN!
Bu baş versə, tarixin ən bahalı boşanması olacaq
Dünyanın ən böyük çip istehsalçısı “Nvidia” şirkətinin həmtəsisçisi və baş direktoru Jensen Huanq şəxsi həyatı ilə bağlı gözlənilməz etiraf edib. 63 yaşlı milyarder işçilərinə göndərdiyi daxili mesajda 1985-ci ildən bəri evli olduğu həyat yoldaşı Lori Huanqa xəyanət etdiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, ailəsindən və işçi heyətindən üzr istəyən texnologiya maqnatı mesajında məsuliyyəti tamamilə öz üzərinə götürdüyünü bildirib.
“Mən həyat yoldaşıma xəyanət etdim. Hərəkətlərim həyat yoldaşıma və uşaqlarıma zərər verdi. Etdiyim hərəkət üçün heç bir bəraət yoxdur, dərindən təəssüflənirəm və üzr istəyirəm”, - o qeyd edib.
“Forbes” jurnalının 8 noyabr 2026-cı il tarixinə olan qiymətləndirməsinə əsasən, Jensen Huanqın şəxsi sərvəti 162,2 milyard dollar təşkil edir. Mümkün boşanma zamanı sərvətin yarıya bölünməsi fərziyyəsinə əsasən, bu məbləğ 81,1 milyard dollar olaraq hesablanır. Hadisə baş verəcəyi təqdirdə, bu, dünya tarixində ən bahalı boşanma anlaşmalarından biri kimi qeydə alına bilər.
Lakin cütlüyün rəsmən boşanma prosesinə başladığına dair hələlik heç bir hüquqi məlumat yoxdur və Lori Huanq tərəfindən rəsmi bəyanat verilməyib.
Qeyd edək ki, gözlənilməz etiraf fonunda ABŞ mətbuatında Huanqın xarici kəşfiyyat fəaliyyətlərinin hədəfi ola biləcəyinə dair iddialar da yayılıb. “Nvidia” rəhbərliyi məsələ ilə bağlı dərhal müstəqil istintaq başladıldığını açıqlayıb. Şirkətin yaydığı rəsmi məlumatda ABŞ-nin milli təhlükəsizliyinin və ya “Nvidia”nın ticarət sirlərinin pozulmasına dair hər hansı dəlilin tapılmadığı qeyd olunub. Jensen Huanqın istintaq müddətində baş direktor vəzifəsini icra etməyə davam edəcəyi bildirilir.






















































