Menu
Xəbər Lenti
Paşinyan Fransaya getdi
Dünən, 11:46

Paşinyan Fransaya getdi

Şuşadan ailə - Fotosu
8-11-2026, 21:40

Şuşadan ailə - Fotosu

ZƏFƏRƏ GEDƏN YOL
8-11-2026, 12:53

ZƏFƏRƏ GEDƏN YOL

11 Noyabr 2026 10:27Manşet / Kriminal

650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi

 

Onlayn qumar və mərc oyunlarına qarşı DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla saxlanılan 43 yaşlı Həsən Səbili məhkəmə qarşısına çıxarılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 193-1.3.2, 244-1.2.2 və 244-1.2.4-cü maddələri üzrə təqsirli bilinib.

Məlum olub ki, H.Səbili 2025-ci il ərzində müxtəlif maliyyə əməliyyatları aparmaqla 646761,33 manat məbləğində pul vəsaitlərinin izinin itirilməsinə nail olub. Bu üsulla müştərilərin “7isles” adlı onlayn kazino veb saytında qumar oyunu oynamalarını təmin etməklə internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edərək qumar oyunları təşkil etmək və keçirməklə ümumilikdə xeyli miqdarda, yəni 646761,33 manat pul vəsaitini leqallaşdırıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H. Səbiliyə 7 il 6 ay həbs cəzası verilib.