BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
12 NOYABR – KONSTİTUSİYA GÜNÜ: MÜSTƏQİL AZƏRBAYCANIN HÜQUQİ TƏMƏLİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ MİLLİ SUVERENLİYİNİN TƏNTƏNƏSİ
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Afrikanın ən yaxşı hakimi” ABŞ-yə buraxılmadı
2025-ci ildə ən yaxşı afrikalı hakim seçilən somalili referi Omar Artan 2026-cı il Dünya Çempionatında iştirak edə bilməmək təhlükəsi ilə üzləşib.
“Qafqazinfo” xəbər verir ki, FIFA tərəfindən DÇ-nin hakimlər siyahısına daxil edilən 34 yaşlı hakim ABŞ-yə giriş zamanı tətbiq olunan immiqrasiya məhdudiyyətləri səbəbindən problemlə qarşılaşıb.
Məlumata görə, Artan ABŞ sərhədində yoxlamalardan keçə bilməyib. Hazırda onun turnir öncəsi hazırlıq proqramında və DÇ oyunlarında iştirak edib-etməyəcəyi qeyri-müəyyən olaraq qalır.
Somali ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən tətbiq olunan immiqrasiya məhdudiyyətlərindən təsirlənən ölkələr sırasındadır. Məhz bu səbəbdən somalili hakimin ölkəyə giriş prosesi çətinləşib.
Qeyd edək ki, son illərdə beynəlxalq arenada uğurlu çıxışı ilə diqqət çəkən Omar Artan 2025-ci ildə “Afrikanın ən yaxşı hakimi” adına layiq görülmüşdü. Onun DÇ üçün seçilməsi Afrika futbolu üçün mühüm hadisə hesab olunurdu.
Məlumatlara görə, FIFA məsələ ilə bağlı ABŞ rəsmiləri ilə danışıqlar aparır. Qurum turnirin nüfuzuna xələl gəlməməsi üçün problemin həllinə çalışsa da, mövcud qaydalar səbəbindən yekun qərar hələ verilməyib.























































