Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
Şakir Qulamov – peşəkarlığı, humanist mövqeyi və səhiyyəyə verdiyi töhfələrlə seçilən həkim
Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
DÇ-də yeni qaydalar tətbiq olunacaq
11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək FIFA Dünya Çempionatı çərçivəsində futbol azarkeşləri bir sıra yeni qaydaların tətbiqinin şahidi olacaqlar.
“Qafqazinfo” xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) qərarına əsasən, oyunun tempini artırmaq və fasilələri azaltmaq məqsədilə bir neçə mühüm dəyişiklik ilk dəfə rəsmi turnirdə tətbiq olunacaq.
Yeni qaydalara görə, künc və qapı zərbələrinin yerinə yetirilməsi üçün 5 saniyəlik vaxt limiti müəyyən ediləcək. Vaxtın aşılması halında künc zərbəsi rəqib komandaya veriləcək, gecikən qapı zərbələri isə autla nəticələnəcək.
Əvəzetmələrlə bağlı da sərt qayda tətbiq ediləcək: futbolçuların oyuna daxil olması üçün 10 saniyəlik limit nəzərdə tutulur. Bu müddət keçərsə, oyunçu meydanda qalmaq hüququ qazanmayacaq və komanda müvəqqəti olaraq azlıqda çıxış edəcək.
VAR sisteminə də əlavə səlahiyyətlər verilir. Videoköməkçi hakimlər səhv künc zərbələri, ikinci sarı vərəqə halları və qola birbaşa təsir edən standart vəziyyətlərdə müdaxilə edə biləcəklər.
Yeni qaydaların məqsədinin oyunun axınını sürətləndirmək, vaxt itkisini azaltmaq və daha ədalətli qərarlar təmin etmək olduğu bildirilir.























































