Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
Hacıqabuldakı ölüm hadisəsi ilə bağlı - Rəsmi açıqlama

“Bu gün bəzi media orqanlarında Hacıqabul rayonunda baş vermiş ölüm hadisəsi ilə bağlı yayılan məlumatda vətəndaş Namiq Babayevin açıq kanalizasiya quyusuna düşərək həyatını itirdiyi iddia olunub”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Regional Su Meliorasiya QSC-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi açıqlama yayıb.
Bildirilib ki, hadisənin bu cür təqdim edilməsi həqiqətə uyğun deyil və ictimaiyyətdə yanlış təsəvvür yaradır: “Belə ki, adıçəkilən rayonda ümumiyyətlə, kanalizasiya şəbəkəsi mövcud deyil. Belə olan halda həmin ərazidə kanalizasiya quyusunun və onun açıq qalmış qapağının olması barədə iddialar faktiki vəziyyətlə uzlaşmır.
Aparılan ilkin araşdırmalar zamanı müəyyən edilib ki, hadisə yaşayış evlərinin həyətyanı sahələrindən axıdılan məişət sularının keçdiyi kiçik su arxının bir hissəsində baş verib. Həmin arxların dərinliyi, adətən, 15-20 santimetr təşkil edir. Bu, kanalizasiya quyusu deyil və onun kanalizasiya infrastrukturu ilə heç bir əlaqəsi yoxdur.
Mövcud məlumatlara əsasən, mərhumun səhhətində problemlərin olduğu bildirilir. Hadisənin onun səhhəti ilə əlaqədar müvazinətini itirməsi nəticəsində baş verməsi ehtimalı istisna edilmir. Bununla belə, ölümün konkret səbəbi yalnız müvafiq araşdırma və tibbi ekspertizanın nəticələri əsasında müəyyən edilə bilər.
Bir daha vurğulayırıq ki, baş vermiş faciəli hadisənin açıq kanalizasiya quyusuna düşmə kimi təqdim edilməsi doğru deyil və peşəkar jurnalistika prinsipləri ilə ziddiyət təşkil edir. Hadisənin real mahiyyətini araşdırmadan və faktları dəqiqləşdirmədən ictimaiyyətə bu cür məlumatların çatdırılması yanlış rəy formalaşdırmaq cəhdidir.
Belə həssas məsələlərdə media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini məlumatları dəqiqləşdirmədən yaymamağa, peşəkar və məsuliyyətli mövqe nümayiş etdirməyə çağırırıq”.
Xatırladaq ki, Hacıqabulda 45 yaşlı Namiq Babayev kanalizasiya quyusuna düşüb və aldığı xəsarətlərdən vəfat edib.






















































