Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
“Avroviziya” tarixində bir ilk!
“Avroviziya” mahnı müsabiqəsi tarixində ilk dəfə olaraq iştirakçılar, media nümayəndələri və digər aidiyyəti şəxslər üçün rəsmi davranış qaydası tətbiq edir.
“Qafqazinfo” “Variety” nəşrinə istinadən xəbər verir ki, yeni qaydalar toplusu sənətçilər üçün şəraiti yaxşılaşdırmaq və mübahisəli vəziyyətlərin qarşısını almaq məqsədi daşıyır.
Bildirilib ki, təşkilatçılar akkreditasiya almaq üçün tələb olunacaq məcburi Davranış Kodeksini elan ediblər. Davranış Kodeksinin imzalanması akkreditasiya üçün ilkin şərtdir.
Yeni qaydalara görə, çəkilişlərin qadağan olunduğu pərdəarxası zonalar yaradılacaq. Bəzi məşqlər bağlı qapılar arxasında keçiriləcək, məşq cədvəlləri isə sənətçilərə ev sahibliyi edən şəhərdə istirahət etmək və vaxtlarını xoş keçirmək məqsədilə uyğunlaşdırılacaq.
Bundan əlavə, təşkilatçılar hər hansı narahatlıq yaranarsa, sənətçilər və işçilər üçün əsas əlaqəli şəxs olacaq xüsusi rifah məsələləri üzrə prodüseri təyin edəcəklər.
Gələn il keçiriləcək yarışmada bütün bu dəyişikliklər ilk dəfə tətbiq ediləcək.
Məlumata görə, bu cür sərt dəyişikliklər keçən ilki “Avroviziya 2024”də baş verən qalmaqalla əlaqələndirilir. Belə ki, Hollandiyadan olan ifaçı Joost Klein fotoqrafla mübahisə edib. Nəticədə musiqiçi finala qədər diskvalifikasiya edilib.
Xatırladaq ki, “Avroviziya 2025” İsveçrənin Bazel şəhərində keçiriləcək. Birinci yarımfinal mayın 13-də, ikincisi 15-də, final isə 17-də baş tutacaq.























































