Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Yarım əsrə yaxın səhiyyəyə həsr olunan ömür: Əməkdar həkim Elmira Rəfailovanın peşə və vətənpərvərlik yolu
Əliyar Fərzəliyev – dövlətçiliyə sədaqəti, Vətən sevgisi və xeyirxah əməlləri ilə seçilən ziyalı
Dövlətə sədaqətlə xidmət edən rəhbər: Şəmkir Elektrik Şəbəkəsinin rəisi Mehman Xəlilovun fəaliyyəti
Bakıda Gənclər üçün Süni İntellekt Forumu keçirilib
Xezertv.info xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun və Milli Süni İntellekt Mərkəzinin tərəfdaşlığı ilə Bakı Konqres Mərkəzində Gənclərin Süni İntellekt Forumu keçirilib.
300 gəncin iştirak etdiyi forumun məqsədi gənclərin süni intellekt sahəsində biliklərinin artırılması, bu texnologiyanın yaratdığı imkanlar barədə məlumatlandırılması və gələcəyin əmək bazarına hazırlıqlarına dəstək olmaq olub.
Tədbirin açılış mərasimində Milli Məclisin deputatı Naqif Həmzəyev, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev və Milli Süni İntellekt Mərkəzinin Baş məhsul sahibi İbrahim Süleymanov çıxış edərək süni intellektin inkişaf perspektivləri və dövlətin bu istiqamətdə gənclər üçün yaratdığı imkanlardan bəhs ediblər.
Daha sonra “Gənclərin karyera inkişafında süni intellektin rolu: imkanlar və çağırışlar” mövzusunda panel sessiyası keçirilib. GİKM-in Layihələrin və proqramların idarə edilməsi şöbəsinin müdiri Jalə Həsənovanın moderatorluğu ilə baş tutan panel müzakirəsində “ASAN AI Hub”ın rəhbəri Ləman İbrahimova, “Paşa Holding”in Xarici innovasiyalar üzrə meneceri və “INMerge Ventures”də partnyor Hüseyn Mahmudov, “KPMG Azərbaycan” şirkətininc Data & AI Komanda rəhbəri Toğrul Cabbarlı və “Azerconnect Group”da Süni intellekt həlləri və mühəndislik üzrə menecer Nihat Abdullayev spiker qismində iştirak edib. Spikerlər süni intellektin əmək bazarına təsiri, innovasiya trendləri və karyera imkanları barədə fikirlərini bölüşüblər.
Həmçinin, forum çərçivəsində Milli Süni İntellekt Mərkəzinin süni intellekt mühəndisi Murad Bağırlı tərəfindən “Gənclər üçün Süni intellekt savadlılığı: Nələri bilməliyik?” mövzusunda təqdimat keçirilib. Eyni zamanda, Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən hazırlanmış yeni nəşr - “Karyera quruculuğunda süni intellekt bələdçisi” təqdim olunub.
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən son illərdə Bakı və regionlarda keçirilən süni intellekt forumları, təlimlər və maarifləndirici tədbirlər gənclərin bu sahədə bilik və bacarıqlarının inkişafına töhfə verir. Bu tədbirlər iştirakçılara yeniliklərlə tanış olmaq və mütəxəssislərlə əlaqə qurmaq imkanı yaradır. Artan marağı və bu istiqamətdə formalaşan ehtiyacı nəzərə alaraq, gələcəkdə bu kimi tədbirlərin əhatə dairəsinin daha da genişləndirilməsi və ölkənin müxtəlif bölgələrində davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.

































































