Menu
Xəbər Lenti
Tapdıq Əlibəyli – 65
Dünən, 13:10

Tapdıq Əlibəyli – 65

Xəzərdə zəlzələ oldu
10-06-2026, 10:14

Xəzərdə zəlzələ oldu

Turanın meyiti tapıldı
10-06-2026, 09:43

Turanın meyiti tapıldı

Bu gecə “qovuşurlar”
9-06-2026, 08:12

Bu gecə “qovuşurlar”

12 İyun 2026 12:10Manşet / Gündəm / Sosial

Vəkillik İnstitutunun tarixi

 

" Allah Şərqin və Qərbin vəkilidir. Elə isə özünə onu vəkil götür" .


Əl- Muddəssir surəsi.


" Azadlıq istədiyin şeyi etmək yox , istəmədiyin şeyə məcbur edilməməkdir"


George Orwell


Vəkillik institutunun formalaşmasının  qədim tarixi kökləri vardır və bu , müxtəlif ölkələrdə özünəməxsus formada baş vermişdir. Aparılan təhlillərdə də vəkilliyin  tarixinin daha qədim zamanlardan başlandığı göstərilir. Vəkillik institutunun  hərtərəfli araşdırılması  və təhlil edilməsi üçün , ilk növbədə, onun tarixi inkişaf mərhələləri  və xüsusiyyətlərinin  öyrənilməsi zəruridir.


Qədim Yunanıstanda müasir anlamda vəkillik  adlandırıla  bilinəcək  xüsusi bir təbəqə mövcud  olmamışdır. Yunan   "Vəkilliyi"  hüquqşünaslıqdan daha çox  natiqlik sənəti ilə bağlı idi. Bu zaman hüquq məsələləri  məhkəməyə ünvanlanmış  xüsusu " Loqoqraf" larda şərh olunurdu. Ona görə də yunan " Vəkilliyi" tarixçi- hüquqşünaslar tərəfindən  " Lal vəkillik" adını almışdır. Loqoqrafları ilk vəkillər hesab etmək olar, lakin onlar məhkəmənin özündə iştirak etmirdilər. Loqoqraflar - "spiçrayterlər" idi . Onlar pul müqabilində gizli məhkəmə çıxışları yazardılar. Antifon ( e.ə 5-ci əsr) ilk belə peşakar loqoqraf hesab olunur. Həmçinin Lisiy və Demosfenidə  ilk loqoqaraflardan hesab etmək olar.


Qədim yunan mifologiyasına görə, Zefsin  qızları ( belə məlum olur ki , tarixdəki ilk vəkillər qadınlar olmuşlar) olan Litailər  vəkillik peşəsinin ilk təmsilçiləri olaraq qəbul edilirlər. Litailər hakimlərə( antik tanrılara) " cinayət törədənlərin aldanıldıqlarını " söyləmiş və Zevsdən , habelə digər tanrılardan onların bağışlanmasını tələb etmişlər. Məhz bu səbəbdən , vəkillik peşəsinin ilk təmsilçiləri olaraq  Litailər qəbul edilmişdir. Pis ruhlu, günaha və cinayətə təşviq edici " Cinayət Tanrısı" Atenin  bacıları olan Litailər , həm yaxşıların müdafiəçisi  , həm də cinayət və günah işləyənlər adına əfv diləyicisi olmuşlar. Litailərin  daim Atenin ətrafında  dönmələrinin  səbəbi isə onun insanları cinayətə və  günaha  təşviq etməsinə əngəl olmaq idi. Çirkin görüntülərinin əksinə ali bir ruhla vəzifələrini icra edən Litailər , günümüzdə vəkillərin etdiyi  işi icra etmişlər. Yəni insanları cinayət və cəzanın dəhşətindən  qorumağa , onları daim müdafiəyə çalışmışlar. Qədim Yunan filosofu  Homer , ölümsüz əsəri " İlliada" da Litailəri ( ilk vəkilləri) belə təsvir etmişdir:


Gün olar yanılar, cinayət edər insanlar,


Gözəl qurbanlar, sovqatlarla yalvalarlar,


Qurban yağlarıyla yumşaldarlar tanrıları,


Ulu Zevsin qızlarıdı Litailər,


Litailər yetişər , pisliyi düzəltməyə  can atarlar,


Dinlərlər özlərinə sayğı göstərənləri,


Onlara yardım edərlər canla-başla,


Onlara qulaq asmayan olarsa yalvararlar Zevsə.


Qədim Yunanıstanda  natiqlik sənəti çox yayılsa da , natiqlərin  fəaliyyəti üçün bir sıra struktur maneələr mövcud idi. Belə ki , ilk zamanlar fərdlər məhkəmə işlərində hüquqlarının  müdafiəsini  özləri həyata keçirirdi, daha sonralar isə  bu tendensiya onların yardım üçün  "dost" larına  müraciət etməsi  ilə əvəz olunmuşdu. Məsələn , dosta müraciətədək  dövrdə qədim Yunanıstanın  məşhur  natiqlərindən ilan Demosfen tərəf olduğu məhkəmə işində vərəsəlik mübahisəsi üzrə   özünü müdafiə etmişdir.


Vəkillik institutunun ilkin tarixi forması  ailə nümayəndəliyi hesab edilir və buna ilk olaraq Qədim Yunanıstanda rast gəlinir. Belə ki, Qədim Yunanıstanda vəkil qismində  məhkəməyə verilmiş şəxsin müdafiəsini  əsasən ailənin böyüyü həyata keçirirdi ki , onlar da  vəkillərin ilkin sələfləri kimi qiymətləndirilə bilər. Bundan başqa , Qədim Yunanıstanda hüquqi şəxslərin də nümayəndəlik  institutu mövcud idi. Hüquqi şəxslərin nümayəndəliyinə  nümünə kimi  monastırların maraq və mənafelərinin  dünyəvi qanunlarla təhsil almış rahiblər tərəfindən müdafiə edilməsini göstərmək olar.


Qədim Romada vəkillik . Vəkillikdən bir xüsusi peşə kimi istifadə edilməsi tendensiyası  özünü Qədim Romada  göstərmişdir.Buna görə də  Qədim Romanın natiqləri tarixin ilk hüquqşünasları ( vəkilləri) kimi nəzərdən keçirilə bilər.


Roma vəkilləri və hakimləri  hüquqdan daha çox ritorika ( qədim yunan dilində " natiqlik sənəti" deməkdir) üzrə təlim alırdılar. Lakin Afinadan fərqli olaraq  Romada qısa müddət ərzində hüquq elmini öyrənən  mütəxəssislər sinfi formalaşdı. Onlar Juris consult ( hüquq məsləhətçisi) adlanırdı. Juris consultlar  hüquq elmini  intellektual  məşğuliyyət  kimi seçən varlı  həvəskarlar  idi və onlar bu fəaliyyətə  yaşayış üçün əsas qazanc  mənbəyi  kimi  baxmırdılar.


Qədim Yunanıstandan  çox da böyük bir fərqlə seçilməyən  Qədim Romada  vəkillik  fəaliyyəti məqsədilə hüquqşünas  olmaq  müəyyən hallarda   vacib idi və bunun  üçün , ilk  növbədə ," seçilən" olmaq lazim idi. Qədim Romada  hüquqşünas peşəsinin  ən yüksək mərhələsi  və pilləsi " Vəkillik" hesab olunurdu. Qədim Romada  hüquqşünaslar  3 istiqamət - təmsil etmə  ( mən deyirəm) , müdafiə etmə ( mən doğruyam) və təbliğ etmə ( o belə deyir) üzrə fəaliyyət göstərirdilər. O zamanlar  vəkillərlə bağlı  müəyyən mənada  ecaskar qaydalar tətbiq olunurdu ki ,bu,  insanlar arasında yazılmayan  başlıca təbəqələşmə   hesab olunurdu. Məsələn , Qədim Roma küçələrində  qarşısına vəkilliklə məşğul olan  şəxs  çıxardısa , sən ya kənara  çəkilib ona yol verməli , ya da qarşılaşmamaq üçün  öz yolunu dəyişməli idin.


Qədim Romada " Patronatlıq" institutunun  meydana gəlməsi ilə  vəkillik peşəsi daha da möhkəmləndi. Bu, Roma hüququnun xüsusi institutu idi  və qarşılıqlı  öhdəliklərə əsaslanırdı : patron öz müştərisini qoruyur, ona hüquqi və iqtisadi  dəstək gösrərirdi , müştəri isə öz növbəsində  patronuna sadiqlik göstərməli, onu ictimai və siyasi həyatda dəstəkləməli idi. Qədim romalıların dilində " patron" və " vəkil" sözləri  eyni anlam daşıyırdı. Vəkillik  ( patronluq) funksiyalarını yalnız " patrisi" lər ,  yəni Qədim Romanın tamhüquqlu vətəndaşları həyata keçirə bilərdilər. Vəkilin əməyinin ödənilməsi məsələsindən söhbət belə gedə bilməzdi. Bu səbəbdən də hüquqşünaslığın öyrədilməsi  və ya belə biliklərin praktiki tətbiqi , yəni hüquq müdafiəçiliyi böyük şərəf hesab edilirdi. E.ə 204- cü ildə Roma vəkillərinin  göstərdiyi hüquqi xidmətlərə görə  hər hansı haqq almasını qadağan edən qanun qəbul esilsə də , daha sonra bu qanun İmperator Klaudius ( e.ə. 10 - b.e. 54) tərəfindən ləğv edildi. Qərara görə vəkilə ödəniləcək  haqqın  maksimal  məbləği ( 10 min sestertius) müəyyən edilmişdir.


Antik Yunan - Roma dövründən sonra vəkillik peşəsi uzun müddət durğunluq dönəmini yaşadı. Buna səbəb , Antik dövrdən fərqli olaraq , Orta əsrlər Avropasında  hüquq daha çox kilsə tərəfindən yönəldilir və dövlət dini qaydalarla idarə olunurdu. Bu isə vəkillik peşəsinin inkişafını  ləngidirdi. Hüquqi mübahisələrə  kilsə məhkəmələrində  dini qanunlar əsasında baxılırdı.


12 - 13 əsrlər Avropa hüquq tarixində dönüş nöqtəsi hesab olunur. Belə ki , bu dövrdə hüququn elmi şəkildə öyrənilməsi və sistemləşdirilməsi prosesi başlandı. Ən mühüm hadisələrdən biri  " Lucerna Juris" ( hüququn işığı)  ləqəbli İrnerius tərəfindən 1088 -ci ildə İtalyanın Bolonya  şəhərində yaranmış hüquq məktəbinin sürətlə nüfüz qazanması oldu. Eyni zamanda , 12-ci əsrdə katolik kilsəsinin hüquq sistemi - kanon hüququ sürətlə inkişaf etməyə başladı . 7- ci Papa  Qreqori   və sonrakı Papaların  təşəbbüsü ilə kilsə hüququ sistemləşdirildi , 1140 - cı ildə Bolonyada  Gratian adlı alim  tərəfindən " Decretum  Gratiani" adlı məşhur hüquq toplusu tərtib edildi. Gratian bu topluda  hüququn  mənbələri, ruhanilərin hüquq  və səlahiyyətləri   , dini məhkəmələrdə  prosessual normalar , dini cinayət  və sanksiyalar və s.  barədə dörd minə  yaxın  mətn yığmışdır.


Kilsə məhkəmələrində çıxış edən hüquqşünaslar - "advocatus ecclesiae" ( kilsə vəkilləri)  və " proctorlar" ( qanuni nümayəndələr) - peşakar vəkillik fəaliyyəfinin təməlini qoydular.


Daha sonra vəkillik peşəsi insanlığın aydınlıq çağı olan  Renessans  ilə birlikdə  daha çox inkişaf efməyə başladı.


Vəkil  tanrıdan qorxan , gerçəyi və  ədaləti  sevən  şəxs kimi qeyd olunurdu. Orta əsrlərdə Fransada  vəkillər peşələrini  yaşadıqları yerdən kənarda da icra etdikləri üçün  " Ədalətin  gəzən cənqavərləri" olaraq xarakterizə edilirdilər. Vəkilliyin cəngavərlik kimi bir düzənlə  əlaqələndirilməsi də təsadüfi deyildi. Bu səbəbə görə  "Xalq  Cəngavərləri"  olaraq adlandırılan  vəkillər, özlərini və icra etdikləri  peşəni cəngavərlik  şərəfi və ləyaqəti  ilə bağlı hesab etmişdilər.


Şarl Lui Monteskye  qeyd etmişdir ki , azadlıq  qanunu imkan verdiyi  hər şeydən istifadə haqqıdır. George Oruel  isə bədii şəkildə bunu belə ifadə etmişdir ki , azdadlıq istədiyin şeyi etmək yox , istəmədiyin  şeyə məcbur edilməməkdir.


Vəkillik fəlsəfəsinin  təbiətində azadlıq , müstəqillik ,  sərbəst iradə ifadəsi  yatır. Müstəqil vəkillər  olmadan ədalət , stabil demokratiya , hüquqi dövlət yoxdur. Avropa hüquq camiəsində  belə bir ifadə  vardır ki , müstəqil   vəkillər yoxdursa  , demək ki , ədalət də   yoxdur.


Qurani - Kərimdə  Allahın adlarından biri kimi  ən çox  çəkilən ad - vəkildir. Belə ki , orada düz 22 dəfə vəkil adı çəkilir:


1). Əl - İmran surəsi -" O nə gözəl vəkildir"!


2). Ən -Nisəa surəsi - " Allah  vəkil  olaraq kifayət edər!"


3). Əl-Ənam surəsi -" O , hər şeyə vəkildir!"


4). Yusuf surəsi -" Allah dediyimizə vəkildir!"


5). Əl-İsra surəsi - Məndən başqa vəkil tutmayın !"


6). Əl-Əhzab surəsi-" Allahın vəkil olması kifayətdir!"


7). Əl -Müddəssir surəsi -" Allah Şərqin   və Qərbin vəkilidir . Elə isə özünə onu  vəkil götür.


Qurandakı həmin surələri oxuduqdan sonra vəkillik peşəsinin təbiətinin ilahi çalarlara  malik olduğunun fərqinə varırsan . İnsanların bir çoxu  prosessual ədalətin  realizə olunduğu  məhkəmələrdən  bir çox hallarda ilahi ədalət gözləyirlər . Bunu bədii dildə pafoslu şəkildə belə deyə bilərik : " Vəkillik  peşəsi ilahi ədalətin  insan  cildindəki təzahürüdür".


Hüquqşünas, Kriminologiya  üzrə ekspert Faxir Ağayev


ARHD.MEDİA