Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Rübail Nəsibov– sahibkarlıq uğurlarını xeyirxahlıq və vətənpərvərliklə tamamlayan ziyalı iş adamı
Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib.
İyirminin mistikası... - Şəhid Ülvinin anım günüdür
Bu gün lokal antiterror tədbirlərində şəhid olan Mikayılov Ülvi Bəhruz oğlunun anım günüdür.
“Qafqazinfo” xəbər verir ki, onun şəhid olmasından artıq 3 il ötür.
Ü.Mikayılov Azərbaycan Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olub.
Şəhidimiz 2004-cü il avqustun 20-si Bakı şəhəri Binəqədi rayonunda anadan olub. O, orta təhsilini Füzuli şəhəri 148 saylı tam orta məktəbdə alıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərib, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirməsi ilə fərqlənib.

Ülvinin atası müsahibələrinin birində deyib ki, hələ azyaşlı olanda vətənpərvərliyi ilə seçilən oğlu həmişə başına beret qoyardı: “Ülvi uşaqlıqdan hərbiyə meyilli idi. Biz onunla hər görüşəndə hərbi xidmətindən fəxrlə danışırdıq. İdmanla məşğul olurdu, gələcək arzusu polis olmaq idi. 44 günlük Vətən müharibəsində qazanılan qələbə onu sonsuz sevindirmişdi. Deyirdi ki, qalib orduda xidmət etmək özü bir fəxrdir”.

Şəhidimizin vəsiyyəti də Füzulidə dəfn edilmək imiş: “Biz Bakıda yaşasaq da, əslən Füzulidənik. Oğlum həmişə deyirdi ki, ən böyük arzusu azad olunmuş torpaqda yaşamaqdır. Biz də onun vəsiyyətini yerinə yetirdik. Ülvini ata-baba torpağında dəfn etdik, ailəlikcə Füzuliyə köçdük. Bu gün biz orada yaşayırıq və övladımızın ruhunun şad olduğunu bilirik”.
Şəhidimiz Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Hazırladı: Fidan Etibar
























































