Menu
Xəbər Lenti
Şahbaz Şərif Rusiyaya gedir
24-11-2026, 10:40

Şahbaz Şərif Rusiyaya gedir

26 Noyabr 2026 11:57Manşet / Gündəm / Sosial

Vətəndaş ödəniş etdi, 2-3 saat sonra avtomobili XƏBƏRSİZ GÖTÜRÜLDÜ — Azərmaşın bu münasibətinə KİM CAVAB VERƏCƏK?

 Aqil Bayramovun Azərmaşla bağlı yaşadığı problem artıq sadəcə avtomobil məsələsi deyil, müştəriyə münasibət və şirkətin öhdəliklərinə əməl edib-etməməsi ilə bağlı ciddi suallar doğuran vəziyyətə çevrilib.

Söhbət avtomobil üzrə aylıq ödənişin təxminən 20–22 gün gecikməsindən gedir.

A.Bayramov bildirir ki, gecikmə yarandıqdan sonra aylıq ödənişi həyata keçirib.

Lakin burada diqqətçəkən məqam məhz bundan sonradır.

A.Bayramovun sözlərinə görə, aylıq ödənişi etdikdən cəmi 2–3 saat sonra Azərmaş əməkdaşları onun xəbəri və əvvəlcədən xəbərdarlığı olmadan avtomobili götürüblər.
Yəni vətəndaş ödənişini edir, lakin bir neçə saat sonra avtomobil artıq onun əlindən alınır.
Bu isə haqlı olaraq sual doğurur:

Əgər ödəniş artıq həyata keçirilmişdisə, avtomobil niyə həmin gün, cəmi bir neçə saat sonra götürüldü?


Daha maraqlısı isə odur ki, şirkət vətəndaşın ödənişində 20–22 günlük gecikməyə bu qədər sərt reaksiya göstərdiyi halda, vətəndaşın avtomobili ilə bağlı sığorta ödənişi məsələsində eyni operativliyin nümayiş etdirilib-etdirilmədiyi ciddi sual altındadır.

“Meqa Sığorta” tərəfindən sığorta ödənişi Azərmaşa 26 avqust 2026-cı ildə həyata keçirilib. Azərmaş tərəfindən isə vətəndaşa ödəniş iki müxtəlif vaxtlarda edilib. Ödənişin bir hissəsi 22 sentyabr 2026-cı il, (təxminən 1 ay sonra), qalan hissəsi isə 12 noyabr 2026-cı il (təxminən 3 ay sonra) vətəndaşa ödənilib.

Belə olan halda başqa bir sual ortaya çıxır:
Şirkət vətəndaşın ödənişində 20–22 günlük gecikməyə görə avtomobili bir neçə saat içində götürməyi bacarırsa, bəs sığorta ödənişi və avtomobilin təmiri ilə bağlı proses niyə bu qədər uzanıb?

A.Bayramov onu da bildirdi ki, avtomobil 3 aydan artıq müddətdə ustada qalıb. Bu müddətdə vətəndaş avtomobilindən istifadə edə bilməyib, buna baxmayaraq aylıq ödəniş öhdəlikləri davam edib.

Burada söhbət sadəcə bir avtomobilin götürülməsindən getmir.

Söhbət ondan gedir ki, müştəri öz öhdəliyini yerinə yetirdikdən sonra belə onun avtomobilinin xəbərsiz şəkildə götürülməsi hansı əsasla həyata keçirilib?

Əgər müqavilədə belə hal üçün konkret prosedur nəzərdə tutulubsa, Azərmaş həmin proseduru və onun hüquqi əsasını açıqlamalıdır.

Əgər avtomobilin götürülməsindən əvvəl xəbərdarlıq tələb olunurdusa, niyə vətəndaşa xəbərdarlıq edilməyib?

Əgər ödəniş artıq sistemdə qeydə alınıbsa, niyə cəmi 2–3 saat sonra avtomobil götürülüb?

Və əgər şirkət üçün vətəndaşın ödəniş öhdəliyinə əməl etməsi bu qədər vacibdirsə, şirkətin öz öhdəliklərinə münasibətdə eyni məsuliyyət niyə tələb olunmasın?

Bir tərəfdə 20–22 günlük gecikməyə sərt reaksiya, digər tərəfdə aylarla gözləyən vətəndaş


Məsələnin ən narahatedici tərəfi məhz bu ziddiyyətdir.

Vətəndaşın ödənişində gecikmə yaranan kimi şirkət hərəkətə keçir. Amma vətəndaş sığorta və təmir prosesində aylarla gözləməli olur.

Müştəri gecikəndə dərhal tədbir görülür, şirkətin prosesində gecikmə yarananda isə vətəndaş gözləməlidir?

Bu, artıq Azərmaşın cavablandırmalı olduğu ciddi sualdır, iİctimaiyyətə açıqlanmalıdır:

  • 20–22 günlük gecikməyə görə avtomobilin götürülməsi üçün hansı əsas olub?
  • Aylıq ödəniş edildikdən sonra avtomobil niyə 2–3 saat ərzində götürülüb?
  • Avtomobil götürülməzdən əvvəl vətəndaşa hər hansı rəsmi xəbərdarlıq göndərilibmi?
  • 26 avqust tarixində həyata keçirildiyi bildirilən sığorta ödənişi Azərmaşın hesabına nə vaxt daxil olub?
  • 1 750 manatlıq ödənişin 22 sentyabrda həyata keçirilməsinin səbəbi nə olub?
  • Avtomobilin 3 aydan artıq ustada qalmasına görə şirkət öz məsuliyyətini necə izah edir?

Vətəndaşdan tələb olunan ödəniş intizamının şirkət tərəfindən də eyni prinsip və məsuliyyətlə tətbiq olunması gözlənilir.

Çünki müştəriyə qarşı sərt olmaq asandır. Əsas məsələ isə müştərinin hüququnu və şirkətin öz öhdəliklərini də eyni dərəcədə qorumaqdır.

Azərmaşın bu suallara aydın və sənədlərlə əsaslandırılmış cavab verməsi artıq vacibdir.

Kainat.tv