Lənkəranda keçirilən “Yerli Təlim Kursu 2026” (Local Training Course 2026) layihəsi uğurla başa çatıb
OQTAY MƏSİMOV – YERLİ ÖZÜNÜİDARƏETMƏDƏ MƏSULİYYƏT, XALQA XİDMƏT VƏ GÖYGÖLÜN GƏLƏCƏYİNƏ YÖNƏLƏN İNKİŞAF MƏRAMI
Vətəndaş ödəniş etdi, 2-3 saat sonra avtomobili XƏBƏRSİZ GÖTÜRÜLDÜ — Azərmaşın bu münasibətinə KİM CAVAB VERƏCƏK?
ŞÜKRAN VƏ MİNNƏTDARLIQ DOLU GÖZ YAŞLARI — DÖVLƏT QAYĞISI, İNSANLIQ VƏ TƏMƏNNASIZ HÜQUQİ DƏSTƏYİN TƏSİRLİ TƏZAHÜRÜ!
MSİM və Harvardın dövlət sektoru rəhbərləri üçün təlim proqramı başa çatdı - Fotolar
İranda saxta içkidən kütləvi zəhərlənmə - 8 nəfər öldü, 164 nəfər xəstəxanalıq oldu
“Future Skills Lab: Gələcəyin Bacarıqları Akademiyası” layihəsi uğurla başa çatıb!
Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
Lənkəranda keçirilən “Yerli Təlim Kursu 2026” (Local Training Course 2026) layihəsi uğurla başa çatıb
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və Avropa Tələbələr Forumu – Bakı İctimai Birliyinin (AEGEE-Bakı) təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində “Yerli Təlim Kursu 2026” (LTC 2026) layihəsi həyata keçirilib. Ümumilikdə 36 gəncin iştirak etdiyi layihə uğurla yekunlaşıb.
Layihənin əsas məqsədi gənclərin şəxsi və peşəkar inkişafına dəstək göstərmək, onların potensialının üzə çıxarılmasına şərait yaratmaq, bilik və bacarıqlarını inkişaf etdirmək, eləcə də təşkilati və idarəetmə sahələrində praktiki təcrübə qazanmalarına töhfə vermək olub.
Təlim proqramının ilk mərhələsində iştirakçılara AEGEE-Bakının təşkilati strukturu, fəaliyyət istiqamətləri, əsas məqsədləri və həyata keçirdiyi fəaliyyətlər barədə ətraflı məlumat təqdim olunub. Bununla yanaşı, təşkilatın daxili iş prinsipləri və departamentlərin fəaliyyəti ilə bağlı xüsusi məlumatlandırma sessiyası da keçirilib.
Layihə çərçivəsində AEGEE-Bakının altı əsas departamentinin fəaliyyət istiqamətlərini əhatə edən intensiv təlim proqramı təşkil olunub. Belə ki, iştirakçılar xarici əlaqələr, insan resurslarının idarə edilməsi, ictimaiyyətlə əlaqələr, maliyyə cəlbi, xəzinədarlıq və layihələrin idarə edilməsi sahələri üzrə təlimlərdə iştirak ediblər. Müvafiq sessiyalar AEGEE-Bakının təcrübəli yerli təlimçilər bazasından seçilmiş mütəxəssislər tərəfindən aparılıb. Eyni zamanda, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Təlimçilər Bazasının peşəkar təlimçisi Fərhad Abdulov tərəfindən “Karyera planlaması” mövzusunda xüsusi təlim keçirilib.
Təlim prosesinin effektivliyini artırmaq və iştirakçıların əldə etdikləri nəzəri bilikləri praktikada tətbiq etmələrinə imkan yaratmaq məqsədilə bütün sessiyalar praktiki tapşırıqlar və interaktiv məşğələlərlə müşayiət olunub. Bu yanaşma gənclərə müxtəlif sahələr üzrə bilik və bacarıqlarını sınamaq, fərdi potensiallarını qiymətləndirmək, həmçinin gələcək peşəkar inkişaf istiqamətlərini müəyyənləşdirmək imkanı yaradıb.
Proqramın ən əhəmiyyətli praktiki mərhələlərindən biri iştirakçıların komandalara bölünərək tədbirlərin təşkili və idarə olunması üzrə simulyasiyada iştirak etmələri olub. Belə ki, 36 iştirakçı dörd komandaya ayrılaraq AEGEE-Bakı tərəfindən daha əvvəl təşkil edilmiş dörd fərqli beynəlxalq və yerli tədbirin təşkilati prosesini yenidən canlandırıb. Bu fəaliyyət vasitəsilə gənclər tədbirlərin planlaşdırılması, komanda daxilində vəzifə bölgüsü, resursların idarə edilməsi və operativ qərarvermə kimi bacarıqlarını praktik şəkildə inkişaf etdirmək imkanı əldə ediblər.
Təlim proqramı ilə yanaşı, iştirakçıların komanda ruhunu formalaşdırmaq və asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə müxtəlif sosial və interaktiv fəaliyyətlər də həyata keçirilib. Layihənin ilk günündən etibarən təşkil olunan komanda quruculuğu fəaliyyətləri iştirakçılar arasında əməkdaşlığın və qarşılıqlı ünsiyyətin inkişafına töhfə verib. Fəaliyyətlərdə fərqlənən komandalar xüsusi hədiyyələrlə mükafatlandırılıb.
Layihənin sonuncu günü – Azərbaycan xalqının Zəfər Günü münasibətilə xüsusi proqram təşkil edilib. Bu çərçivədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin əməkdaşı Nicat Əliyev, Avropa Tələbələr Forumu – Bakı İctimai Birliyinin sədri Cəsur Mədətzadə və “LTC 2026” layihəsinin rəhbəri Rəşad Allahverdiyev çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyəti, milli birlik və gənclərin vətənpərvərlik ruhunda formalaşmasının vacibliyi ilə bağlı fikirlərini iştirakçılarla bölüşüblər. Üç gün davam edən intensiv təlim və fəaliyyətlərin yekununda proqramı uğurla tamamlayan bütün iştirakçılara sertifikatlar təqdim olunub.
Avropa Tələbələr Forumu – Bakı İctimai Birliyi (AEGEE-Bakı) olaraq, layihənin həyata keçirilməsinə göstərdiyi dəstəyə, gənclərin inkişafına verdiyi töhfəyə və gənclər siyasətinin təşviqinə yönəlmiş təşəbbüslərə göstərdiyi diqqətə görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə dərin təşəkkürümüzü bildiririk. Gənclərin potensialının üzə çıxarılmasına, bilik və bacarıqlarının inkişaf etdirilməsinə, eləcə də onların fəal, təşəbbüskar və cəmiyyətin inkişafında yaxından iştirak edən fərdlər kimi formalaşmasına xidmət edən layihələrin həyata keçirilməsini gələcəkdə də davam etdirməyi hədəfləyirik.
Xezertv.info



































































