Xəbər Lenti
Dünən, 15:32
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Dünən, 12:58
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Dünən, 12:48
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Dünən, 12:27
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
25-08-2026, 21:32
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
25-08-2026, 21:18
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
25-08-2026, 21:08
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
25-08-2026, 15:48
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
25-08-2026, 14:53
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Gəncə Ağır Cinayətlər Məhkəməsində şəffaf və obyektiv məhkəmə prosesini yüksək qiymətləndirdi
Neftçalada 27 sentyabr - Anım Günü qeyd olunub

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabr ayının 27-i Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsilə əlaqədar olaraq Neftçala şəhərində, Rayonun müxtəlif qəsəbə və kəndlərində Anım Günü tədbiri geniş şəkildə qeyd olunub keçirilib.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak edib.
İlk öncə Neftçala şəhərindəki Şəhidlər Xiyabanındakı şəhidlərin məzarı ziyarət olunub, şəhidlərimizin ruhuna dualar oxunub və tər gül çiçəkləri düzülüb. Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası təşkil olunub və rayonun müxtəlif yerlərində ağacəkmə aksiyaları keçirilib.
Tədbir iştirakçıları Neftçala şəhərinin mərkəzindəki Şəhidlər Xatirə Kompleksini ziyarət ediblər və saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Anım günü tədbirindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçularının ruhuna ehtiram olaraq şəhid ailələri və qazilər üçün Neftçala RİH tərəfindən ehsan süfrəsi təşkil olunub.
Ehsan süfrəsində ilk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının dövlət himni səslənib.
Tədbirdə çıxış edənlər sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Azərbaycan ordusunun 44 Günlük Vətən Müharibəsindəki Azərbaycan Xalqının əzmindən, müharibə ruhundan, əsgər və zabitlərin şücaətlərindən, döyüş yollarından, ölkə Prezidenti İlham Əliyev Ümummilli Liderin siyasi yolunu uğurla davam etdirməsinin, uzaqgörən və qətiyyətli siyasətinin nəticəsidir ki, 30 ilə yaxın işğalda olan torpaqlarımız xalqımızın birliyi və Müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olunmasından danışdılar.
Şəhid ailələri adından çıxış edən şəhid valideynləri igid döyüşçülərimizin, qazilərimizin igidliklərindən və tarixi 44 günlük qələbəmizdən danışdılar. Şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edən şəhid ailələri Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
Tədbir Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbinin və Neftçala şəhəri Milli Qəhrəman Samid İmanov adına 1 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları kompozisiyalar ilə davam edib.























































