Menu
Xəbər Lenti
Xəzərdə zəlzələ oldu
24-09-2026, 12:53

Xəzərdə zəlzələ oldu

26 Sentyabr 2026 21:30Manşet / Gündəm

İsmayıllıda Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

 

27 Sentyabr – Anım Gününün altıncı ildönümü ilə əlaqədar İsmayıllı rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.


Xezertv.info xəbər verir ki, Heydər Əliyev adına Parkda təşkil olunan aksiya zamanı 200 ədəd Eldar şamı əkilib.


Ağacəkmə aksiyasında İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, eləcə də tələbələr iştirak ediblər.


Aksiya 27 Sentyabr – Anım Günündə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsi kimi keçirilib.


Əkilən hər bir ağac şəhidlərimizin müqəddəs xatirəsinin yaşadılması, gələcəyə inam və həyatın davamlılığının rəmzi kimi qiymətləndirilir.


Anım Günündə torpağa əmanət edilən ağacların gələcək illərdə böyüyərək İsmayıllının yaşıllığının və ekoloji mühitinin zənginləşməsinə töhfə verəcəyi, eyni zamanda şəhidlərin xatirəsini yaşadan mənəvi dəyərə çevriləcəyi vurğulanıb.


Xezertv.info