Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Yarım əsrə yaxın səhiyyəyə həsr olunan ömür: Əməkdar həkim Elmira Rəfailovanın peşə və vətənpərvərlik yolu
Əliyar Fərzəliyev – dövlətçiliyə sədaqəti, Vətən sevgisi və xeyirxah əməlləri ilə seçilən ziyalı
Dövlətə sədaqətlə xidmət edən rəhbər: Şəmkir Elektrik Şəbəkəsinin rəisi Mehman Xəlilovun fəaliyyəti
Neftçalada 20 Yanvar şəhidlərin 35-ci il dönümü qeyd olundu - Fotolar
Neftçala rayonunda 20 Yanvar faciəsinin 35-ci il dönümü qeyd olunub.
“Qafqazinfo” xəbər verir ki, faciənin günahsız qurbanlarının xatirəsini yad etmək üçün Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələrininin iştirakı ilə 20 Yanvar şəhidləri üçün ucaldılan abidə ziyarət olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi, Yanvar hadisələri zamanı şəhid olan hərbi qulluqçuların və şəhid olan mülki vətəndaşların məzarlarını ziyarət olunub, gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.
Şəhid ailələri ilə görüşən RİH-in başçısı onların qayğıları, çətinlikləri ilə maraqlanıb və müvafiq tapşırıqlar verilib.
Dəyirmi masa ətrafındakı görüşdən öncə 20 Yanvar hadisələrini özündə əks etdirin Neftçala rayon Dövlət Rəsm Qaleriyasının rəsm əsərlərinə baxış keçirilib.
Öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların və 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən tarixçi-araşdırmaçı Firdovsi Tağıyev, faciə zamanı şəhid olan Nurəddin Ağahüseynovun həyat yoldaşı Şirmayi Ağahüseynova, “Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftaliyeva, 20 Yanvar hadisələrinin iştirakçısı, ehtiyatda olan hərbçi Mustafa Əliyev 20 Yanvarda yaşadıqları hadisələrindən danışıblar.
Dəyirmi masada 20 Yanvar faciəsinə həsr olunan “20 Yanvarda doğulanlar” filmi nümayiş etdirilib və saat 12:00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.




























































