Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
Bu ölkədə ABŞ hərbi bazası yaradılacaq
ABŞ Prezidenti Donald Tramp Polşada ABŞ hərbi bazasının yaradılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə edildiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Tramp sosial şəbəkədəki paylaşımında Polşa Prezidenti Karol Navrotskinin liderliyini qeyd edərək, iki ölkə arasında daimi ABŞ hərbi bazasının yaradılması ilə bağlı danışıqlarda irəliləyiş olduğunu bildirib.
O, plan reallaşacağı təqdirdə bazanın yerləşəcəyi ərazinin yaxın zamanda açıqlanacağını deyib.
Tramp yeni bazanın ABŞ və Polşa arasındakı hərbi ittifaq üçün “tarixi addım” olacağını vurğulayıb.
Polşa Prezidenti Karol Navrotski Trampa təşəkkür edərək, Vaşinqtonla müdafiə əməkdaşlığını daha da gücləndirməyə hazır olduqlarını bildirib. O, Polşa hökumətinin ABŞ hərbi bazası üçün mümkün olan ən uyğun ərazinin müəyyənləşdirilməsi istiqamətində çalışacağını qeyd edib.
Qeyd edək ki, hazırda ABŞ hərbçiləri Polşada əsasən rotasiya əsasında yerləşdirilir. Polşa isə Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra NATO-nun şərq cinahında müttəfiq hərbi mövcudluğunun artırılmasını istəyir.
ABŞ Müdafiə Nazirliyi daha əvvəl Polşanın daimi ABŞ hərbi mövcudluğu ilə bağlı təklifinə açıq olduğunu bildirsə də, həmin vaxt yekun qərarın qəbul edilmədiyi açıqlanmışdı.






















































