Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı - Bəyanat
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb.
“Qafqazinfo” xəbər verir ki, bəyanatda 20 sentyabr tarixinin dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığı qeyd olunub.
“19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək ölkəmizin ərazisindən çıxarılması məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib. Beləliklə cəmi 24 saatdan az müddətdə başa çatan tədbirlər nəticəsində ərazilərimiz üzərində dövlət suverenliyi təmin edilib.
Bu tarixi zəfərin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığı, rəşadəti və qəhrəmanlığı həlledici rol oynayıb.
Antiterror tədbirləri zamanı Azərbaycan tərəfi mülki əhalinin təhlükəsizliyinə xüsusi diqqət yetirib, mülki şəxslər və mülki infrastruktur yox, yalnız qanunsuz silahlı birləşmələrin legitim hərbi obyekt və infrastrukturları hədəf alınıb.
Azərbaycanın dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb. Ölkəmiz sülh gündəliyinə sadiqliyini nümayiş etdirərək, münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atıb.
2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin iştirakı ilə keçirilmiş tarixi görüş sülh və normallaşma prosesində mühüm mərhələ olub.
Bu gün Azərbaycan və Ermənistan liderlərinin görüşləri zamanı əldə olunan razılaşmalar regionda davamlı sülhün və sabitliyin təmin edilməsi ilə yanaşı, regional iqtisadi potensialın reallaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.
Regionda iqtisadi-ticarət əlaqələrinin bərpası və bu istiqamətdə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi, habelə beynəlxalq nəqliyyat və logistika marşrutlarının regional inteqrasiyasının təşviqi təkcə Azərbaycan və Ermənistan üçün yox, eləcə də bütün maraqlı tərəflər üçün yeni iqtisadi dividendlər və əməkdaşlıq imkanları yaradacaq.
Yaranmış tarixi sülh imkanından irəli gələrək, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması və münasibətlərin tam normallaşdırılması üçün qarşıda duran məsələlərin həlli mühüm əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycan azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsi və həmin ərazilərin davamlı inkişafı istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Eyni zamanda, mina təhlükəsinin aradan qaldırılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi ölkəmizin əsas prioritetləri sırasındadır.
Dövlət Suverenliyi Günü Azərbaycan xalqının öz dövlətçiliyinə, milli iradəsinə və ərazi bütövlüyünə bağlılığının rəmzidir. Bu əlamətdar gün şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramla yanaşmaq, onların canları bahasına əldə edilmiş tarixi Zəfərin dəyərini daim qorumaq və gələcək nəsillərə ötürmək üçün mühüm bir vəsilədir.
Azərbaycan Respublikasının dövlət suverenliyi əbədidir, bölünməzdir və toxunulmazdır.
Dövlət Suverenliyi Günün mübarək, Azərbaycan!”, - deyə bəyanatda vurğulanıb.






















































