Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Rübail Nəsibov– sahibkarlıq uğurlarını xeyirxahlıq və vətənpərvərliklə tamamlayan ziyalı iş adamı
Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib.
Dövlət Proqramı ilə bağlı Qobustanda görülmüş işlər barədə tədbir keçirildi - Fotolar
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
20 sentyabr Azərbaycan xalqının milli yaddaşında özünəməxsus yeri olan əlamətdar tarixlərdən biridir. Bu gün ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Eyni zamanda 20 sentyabr Azərbaycan neftçilərinin peşə bayramıdır. Bu iki əlamətdar tarixin eyni gündə qeyd olunması dövlətimizin siyasi müstəqilliyi, milli iradəsi və iqtisadi qüdrəti baxımından xüsusi məna daşıyır. Çünki güclü dövlətin əsas dayaqları sırasında həm suverenlik, həm də iqtisadi müstəqillik mühüm yer tutur.
Azərbaycan xalqı tarix boyu öz dövlətçilik ənənələrini qoruyub saxlayıb, milli kimliyinə, dilinə, mədəniyyətinə və torpaqlarına bağlılığını heç zaman itirməyib. Müasir Azərbaycan dövlətinin əldə etdiyi ən böyük tarixi nailiyyətlərdən biri ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunmasıdır. 20 sentyabr məhz bu baxımdan xalqımız üçün qürur, sevinc və böyük tarixi əhəmiyyət daşıyan gündür.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası təmin olunub. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etmək gücündə olan qüdrətli dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi.
Bu gün 20 sentyabr tarixini qeyd edərkən ilk növbədə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla yad edirik. Onların qəhrəmanlığı və fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. Şəhid ailələrinə göstərilən diqqət və qayğı, qazilərimizin daim dövlətin və cəmiyyətin diqqət mərkəzində olması Azərbaycan dövlətinin milli dəyərlərə və Vətən qarşısında xidmət göstərən insanlara münasibətinin bariz nümunəsidir.
Dövlət Suverenliyi Günü bizə həm də böyük məsuliyyət hissi aşılayır. Suverenliyi əldə etmək qədər onu qorumaq və daha da möhkəmləndirmək də mühüm vəzifədir. Bunun üçün milli birlik, ictimai həmrəylik, qanunun aliliyinə hörmət, dövlətçilik ənənələrinə sədaqət və Vətənə bağlılıq hər bir vətəndaşın həyat prinsipinə çevrilməlidir.
20 sentyabrın digər mühüm mahiyyəti isə Azərbaycan neftçilərinin peşə bayramı olmasıdır. Azərbaycan neft sənayesinin tarixi olduqca zəngindir. Ölkəmiz uzun illərdir dünya neft sənayesinin inkişafında mühüm rol oynayır. Neftçilərimizin fədakar əməyinin, peşəkarlığının və zəngin təcrübəsinin nəticəsində Azərbaycan enerji sektorunda böyük uğurlar əldə edib.
Azərbaycanın neft strategiyasının müasir mərhələsinin əsasını Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti təşkil edir. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi oldu. Bu tarixi saziş ölkəmizin dünya enerji sisteminə inteqrasiyasını sürətləndirdi, xarici investisiyaların cəlb olunmasına imkan yaratdı və Azərbaycanın iqtisadi inkişafı üçün yeni perspektivlər açdı.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycan artıq yalnız enerji resurslarına malik ölkə deyil, həm də regional və beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfə verən etibarlı tərəfdaş kimi tanınır. Neft və qaz layihələri, enerji dəhlizləri və beynəlxalq əməkdaşlıq Azərbaycanın iqtisadi və geosiyasi əhəmiyyətini daha da artırır.
Bu böyük uğurların arxasında isə minlərlə neftçinin zəhməti dayanır. Azərbaycanın quruda və Xəzər dənizində çalışan neftçiləri öz peşələrinə böyük məsuliyyətlə yanaşaraq ölkəmizin iqtisadi qüdrətinin möhkəmlənməsinə töhfə verirlər. Onların işi asan deyil. Neftçi peşəsi yüksək peşəkarlıq, dözüm, intizam, məsuliyyət və fədakarlıq tələb edir. Buna görə də neftçilərimizin əməyinə hörmət və ehtiram hər zaman yüksək olmalıdır.
Bu gün Azərbaycanın iqtisadi inkişafında sahibkarların, zəhmətkeş insanların, mühəndislərin, fəhlələrin və xüsusilə enerji sektorunda çalışan mütəxəssislərin böyük rolu vardır. Güclü iqtisadiyyat güclü dövlətin əsas dayaqlarından biridir. Azərbaycanın son illərdə qazandığı sosial-iqtisadi uğurlar, həyata keçirilən böyük layihələr və regionların inkişafı ölkəmizin iqtisadi potensialının getdikcə artdığını göstərir.
Mən, xeyriyyəçi və vətənpərvər xanım Zərniyar Kərimova olaraq, bu əlamətdar tarix münasibətilə bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Dövlətimizin suverenliyinin bərpası münasibətilə hər bir vətəndaşımıza böyük qürur hissi yaşadan bu tarixi gün münasibətilə şəhid ailələrinə, qazilərimizə, veteranlarımıza xüsusi ehtiramımı bildirirəm.
Eyni zamanda Azərbaycanın neft sənayesində çalışan bütün neftçilərimizi, mühəndisləri, texniki işçiləri və bu sahənin inkişafına öz əməyini sərf edən hər bir insanı peşə bayramı münasibətilə ürəkdən təbrik edirəm. Onlara möhkəm cansağlığı, ailə səadəti, işlərində uğurlar və yeni nailiyyətlər arzulayıram.
İnanıram ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da öz dövlət suverenliyini və iqtisadi qüdrətini daha da möhkəmləndirəcək, yeni uğurlara imza atacaq. Xalqımızın milli həmrəyliyi, dövlətimizə olan inamı və Vətən sevgisi ölkəmizin gələcək inkişafının ən böyük təminatlarından biridir.
Qoy 20 sentyabr – Dövlət Suverenliyi Günü xalqımız üçün daim milli qürur və birlik rəmzi olsun. Qoy Azərbaycanın üçrəngli Dövlət Bayrağı əbədi olaraq ucalarda dalğalansın, dövlətimizin müstəqilliyi və suverenliyi daim möhkəm olsun. Neftçilərimizin fədakar əməyi isə Azərbaycanın iqtisadi inkişafına, rifahına və parlaq gələcəyinə bundan sonra da xidmət etsin.
20 sentyabr – Dövlət Suverenliyi Günü və Neftçilər Günü münasibətilə bütün xalqımızı səmimi-qəlbdən təbrik edir, Azərbaycanımıza əbədi müstəqillik, möhkəm suverenlik, davamlı inkişaf və firavanlıq arzulayıram!
Hazırladı: Fərid Səfərov
Xezertv.info-nun rəhbəri
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
E.o.Baş leytenant






















































