VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Ər-arvad “USS Abraham Lincoln”da “ölüm həbləri” satırmış - Həbs ediliblər
ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Abraham Lincoln” aviadaşıyıcısında xidmət edən dənizçi tərkibində fentanil olan saxta oksikodon həblərini ekipaj üzvlərinə satdığını etiraf edib.
“Qafqazinfo” xəbər verir ki, ABŞ Ədliyyə Departamentinin məlumatına görə, 29 yaşlı Beyli Şramovski San-Dieqoda yerləşən aviadaşıyıcıda narkotik alveri ilə bağlı federal məhkəmədə təqsirini etiraf edib.
Məhkəmə sənədlərinə əsasən, Şramovskinin satdığı həblərdən istifadə edən dənizçilərdən biri 2023-cü il yanvarın 3-də fentanilin həddindən artıq dozası nəticəsində həyatını itirib. Həmin şəxs məzuniyyətdə olub və Kaliforniyanın San-Leandro şəhərində düşərgə avtomobilində qalıb.
Hadisədən 10 gün sonra isə aviadaşıyıcıda xidmət edən başqa bir dənizçi narkotik maddənin həddindən artıq dozası səbəbindən xəstəxanaya yerləşdirilib.
Məhkəmə sənədlərində C.L. kimi göstərilən həmin dənizçi müstəntiqlərə bildirib ki, Şramovski ona dozanı aşdığı gün üç həb satıb. O, həmçinin Şramovski ilə sonradan həyatını itirən dənizçinin təxminən bir il ərzində ekipaj üzvlərinə fəal şəkildə həblər satdığını deyib.
İttihama görə, Şramovski hadisədən sonra izlərini itirməyə çalışıb. Məhkəmə qeydlərində bildirilir ki, o, mərhum dənizçinin xalası, əmisi və keçmiş nişanlısına mərhumla arasındakı mesajları silməyi tapşırıb və bununla bağlı “adam öldürmə ittihamı ilə həbs oluna biləcəyini” deyib.
Mərhumun keçmiş nişanlısı isə müstəntiqlərə onun Şramovskidən 100 dollara 10 həb aldığını bildirib. Qadın həmin şəxsin ölümündən sonra əşyalarını yoxlayarkən doqquz həb tapdığını deyib.
Məhkəmə sənədlərinə əsasən, qadın həmçinin müstəntiqlərə bildirib ki, dənizçinin ölümündən bir neçə həftə sonra Şramovski ona mərhuma tərkibində fentanil olan həbləri məhz özünün verdiyini etiraf edib.
İş üzrə Şramovskinin həyat yoldaşı, keçmiş dənizçi 25 yaşlı Conni Pumaixealani də təqsirləndirilir. O, 2025-ci il fevralın 14-də irəli sürülən ittihamlar çərçivəsində tərkibində fentanil olan saxta oksikodon həblərinin satışında təqsirini etiraf edib.
Ədliyyə Departamentinin məlumatına görə, Şramovski və Pumaixealani digər dənizçinin həddindən artıq dozadan zəhərlənməsindən sonra ona zəng edərək polisə həbləri həyatını itirən dənizçidən aldığını deməsini tapşırıblar.
Şramovski və Pumaixealani barədə hökmün dekabrın 11-də elan edilməsi gözlənilir. Şramovskini 5 ildən 40 ilədək, Pumaixealanini isə 20 ilədək federal həbs cəzası gözləyir.

























































