VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
13 saat parlamentin tualetində bağlı qaldı - Xəstəxanalıq oldu
Belçikada Flamand Parlamentinin deputatı Frederik Erens təxminən 13 saat parlamentin tualetində bağlı vəziyyətdə qalıb.
“Qafqazinfo” xəbər verir ki, “Vlaams Belang” partiyasının üzvü olan 58 yaşlı Erens parlamentin qrup ofislərinin yerləşdiyi əlavə binada keçirilən görüşdən sonra tualetə gedib.
O, qapını bağlayarkən kilid mexanizminin bir hissəsinin qırıldığını və qapını aça bilmədiyini deyib. Telefonunu masasının üzərində qoyan deputat binadakılara səsini çatdıra bilməyib və gecəni tualetdə keçirməli olub.
Bir müddət sonra içəridə havanın ağırlaşdığını deyən Erens tualetdə tapdığı metal əşyadan istifadə edərək qapının yuxarı və aşağı hissəsində iki dəlik açıb. Bildirilib ki, tualetin yanğına davamlı qapısı olduğundan içəridə hava dövranı məhdud olub.
Səhər saat 06:00 radələrində təmizlik işçiləri deputatı tualetdə aşkar ediblər. Qapı lomla açıldıqdan sonra Erens oradan çıxarılıb.
Tənəffüs çətinliyi yaşayan deputat müayinə üçün Brüsseldəki “Saint-Jean” xəstəxanasına aparılıb. Daha sonra xəstəxanadan buraxılan Erensin səhhətinin yaxşı olduğu bildirilib.
Qeyd edək ki, Frederik Erens 2024-cü ildən Flamand Parlamentində Vlaams-Brabant seçki dairəsini təmsil edir.























































