Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev: “Qəhrəmanın gücü onun qılıncında yox, əqidəsindədir”
Zaqatala səhiyyəsinin inkişafına həsr olunmuş ömür: Əfsələddin Buğayevin nümunəvi fəaliyyəti
Təhsilin inkişafına həsr olunan ömür: Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva
Paytaxtın abadlığına xidmət edən nümunəvi rəhbər: Binəqədi rayon MKTİB-nin rəisi Elmin Zamanov
Qanunun keşiyində dayanan nümunəvi rəhbər: Nərimanov Rayon DYP şöbəsinin rəisi Hüseyn Əliyev
Xəyalə İmanova: “Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiya elmini dünyada tanıdan böyük alim”
Günay Muradova: “Azərbaycan oftalmologiyasının dünya səviyyəsində tanınmasında Zərifə Əliyevanın misilsiz rolu”
Uğurlu idarəçilik və sosial məsuliyyət nümunəsi – “Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov
İnsanlığa həsr olunan ömür – Zərifə Əliyeva irsinin işığında, Vahidə Turabovanın vətəndaş mövqeyi
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
Vüqar Babayevin peşəkarlığı və Anar Bağırovun vəkillik institutunun inkişafına töhfələri
“ARHD.AZ olaraq bildiririk ki, vəkil Vüqar Babayev uzun illərin hüquqi fəaliyyəti, peşəkar yanaşması, dərin bilikləri və yüksək etik davranış mədəniyyəti ilə respublikamızın hüquq ictimaiyyətində xüsusi yeri olan hüquqşünaslardandır. Onun hüquqa, qanunçuluğa və vətəndaş mədəniyyətinə bağlılığı, iş prosesində nümayiş etdirdiyi dəqiqlik və prinsipiallıq onun peşəkarlığının əsas göstəricilərindəndir. Vüqar Babayev hüquqi məsələlərin təhlilində analitik düşüncə tərzini, müasir normativləri və praktiki yanaşmaları uğurla birləşdirərək müraciət edən şəxslərin məsələlərinə obyektiv və məsuliyyətli şəkildə yanaşır. Onun təqdim etdiyi hüquqi həllər hər zaman qanunauyğunluq və ədalət prinsiplərinə əsaslanır.
Vüqar Babayevin fəaliyyəti yalnız hüquqi məsələlərin həlli ilə məhdudlaşmır; o, hüquqi maarifləndirməyə, vətəndaşların hüquqi biliklərinin artmasına və insanların qanunlara olan inamının möhkəmlənməsinə də daim öz töhfəsini verir. Peşə mədəniyyəti, səmimiyyəti, etik qaydalara ciddi riayət etməsi və hüquqa bağlılığı onu həm vətəndaşlar, həm də hüquq ictimaiyyəti arasında hörmət qazandırmış mütəxəssisə çevirir.
Ölkəmizdə vəkillik institutunun inkişafına nəzər saldıqda, 90-cı illərin keçid dövründə hüquqi sistemin hələ formalaşma mərhələsində olması səbəbilə vəkillik fəaliyyətinin bu günkü səviyyədə olmaması obyektiv reallıq idi. Zaman keçdikcə hüquqi mühit geniş islahatlar, strukturlaşdırma və institusional güclənmə mərhələsindən keçmiş, müasir dövrdə vəkillik fəaliyyəti daha peşəkar, daha sistemli və daha nüfuzlu bir institut səviyyəsinə yüksəlmişdir. Bu inkişafda rəhbərliyin ardıcıl işi xüsusi əhəmiyyət kəsb edir.
ARHD.AZ olaraq vurğulayırıq ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov son illərdə vəkillik institutunun müasirləşdirilməsi, etik normaların təkmilləşdirilməsi, vəkillərin peşə hazırlığının artırılması və təşkilati fəaliyyətin gücləndirilməsi istiqamətində gördüyü işlərlə hüquqi mühitin inkişafına mühüm töhfələr vermişdir. Onun rəhbərliyi dövründə həyata keçirilən islahatlar vəkilliyin daha funksional, çevik və nüfuzlu bir quruma çevrilməsinə şərait yaratmışdır. Bu səbəbdən ARHD.AZ olaraq vəkillik sisteminin modernləşdirilməsinə və hüquqi müdafiənin möhkəmləndirilməsinə verdiyi dəstəyə görə Anar Bağırova dərin təşəkkürümüzü bildiririk.
Vüqar Babayev kimi peşəkar hüquqşünasların fəaliyyəti, eləcə də Anar Bağırovun rəhbərliyi altında aparılan islahatlar ölkəmizdə hüquq mədəniyyətinin inkişafına, vətəndaşların hüquqlarının daha səmərəli müdafiəsinə və hüquqi dövlət institutlarının güclənməsinə mühüm töhfə verir. Hüquq eksperti və hüquq üzrə fəlsəfə doktoru olaraq, Vüqar Babayevin peşəkarlığını və Anar Bağırovun vəkillik institutunun inkişafına göstərdiyi xidmətləri yüksək qiymətləndirir, hər iki şəxsə hörmət və təşəkkürümü bildirirəm.”
– İsmail Zalov
ARHD.AZ saytının rəhbəri
Hüquq eksperti
Hüquq üzrə fəlsəfə doktoru























































