Menu
Xəbər Lenti
APA-nın 21 yaşı olur
Dünən, 08:33

APA-nın 21 yaşı olur

Toral millidən çıxarıldı
15-11-2025, 07:56

Toral millidən çıxarıldı

Meyitini qonşular tapdı
14-11-2025, 06:38

Meyitini qonşular tapdı

12 istiqamətdə tıxac var
14-11-2025, 05:18

12 istiqamətdə tıxac var

BBC Trampdan üzr istədi
14-11-2025, 05:04

BBC Trampdan üzr istədi

Prezident qəbul keçirdi
13-11-2025, 07:16

Prezident qəbul keçirdi

17 Noyabr 2025 15:55Manşet / Gündəm

İsmayıl Zalovun beynəlxalq hüquq arenasında uğurlu addımı – tanınmış hüquq professoru Aron Boris Aleksandor Roter ilə görüş Azərbaycanın hüquqi imicinə töhfədir

 

17 noyabr 2025-ci il tarixində ARHD.AZ saytının rəhbəri, beynəlxalq hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalovun Avropa üzrə tanınmış hüquq professoru, vəkil, Almaniya üzrə yəhudi məhkəməsinin sədri, siyasi xadim Aron Boris Aleksandor Roter ilə görüşü həm Azərbaycan hüquqi düşüncəsi, həm də ölkənin beynəlxalq aləmdəki imicinin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Hüquqi, elmi və ictimai dairələrdə böyük nüfuza malik olan hər iki şəxsiyyətin görüşü qarşılıqlı əməkdaşlıq, elmi-hüquqi dialoq və gələcək perspektivlərin genişlənməsi üçün mühüm platforma yaradıb.


İsmayıl Zalov uzun illərdir ki, hüquq sahəsində göstərdiyi elmi araşdırmalar, beynəlxalq hüquqa dair sanballı çıxışlar və praktiki fəaliyyətləri ilə tanınır. Onun rəhbərlik etdiyi ARHD.AZ saytı ölkədə hüquqi maarifləndirmə, şəffaflıq, vətəndaş hüquqlarının müdafiəsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin işıqlandırılması baxımından mühüm informasiya resursudur. Məhz bu baxımdan, belə nüfuzlu şəxsiyyətlərlə görüşlərin təşkili və fikir mübadiləsi Azərbaycanın hüquq sisteminin beynəlxalq aləmdə obyektiv şəkildə tanıdılmasına böyük töhfə verir.


Görüş zamanı İsmayıl Zalov Azərbaycanın hüquq-mühafizə orqanlarının son illərdə həyata keçirdiyi islahatlar, şəffaf idarəetmə modeli, Dövlət Təhlükəsizlik Xidməti, Prokurorluq orqanları və məhkəmə sistemində aparılan yeniliklər barədə geniş və dolğun məlumat verib. O, təqdim etdiyi sübut və faktlar əsasında vurğulayıb ki, Azərbaycan Respublikasının hüquq sistemi günün tələblərinə uyğun modernləşdirilir, insan hüquqlarının qorunması, ədalət prinsipinin təmin edilməsi və hüquqi institutların gücləndirilməsi istiqamətində ciddi nəticələr əldə olunub.


Professor Aron Boris Aleksandor Roterin bu təqdimata yüksək qiymət verməsi Azərbaycanın hüquqi inkişafının beynəlxalq səviyyədə də diqqətlə izlənildiyini göstərir. Roter hüquq elminin müxtəlif sahələrində dünya miqyasında tanınmış mütəxəssis, yəhudi məhkəmə sistemində nüfuzlu lider, Almaniyada siyasi və hüquqi proseslərdə fəal iştirak edən şəxslərdən biridir. Onun Azərbaycan haqqında səsləndirdiyi müsbət fikirlər, ölkəmizə tezliklə səfər etmək istəyi və Azərbaycan xalqına olan sevgi və hörmətini ifadə etməsi, bu görüşün qarşılıqlı anlayış, səmimiyyət və əməkdaşlıq ruhunda keçdiyini təsdiqləyir.


İsmayıl Zalovun bu görüş çərçivəsində nümayiş etdirdiyi peşəkarlıq, yüksək elmi hazırlıq və obyektiv yanaşma bir daha göstərdi ki, o, Azərbaycan hüquq elminin və media mühitinin ən dəyərli simalarından biridir. Onun fəaliyyətində dövlətçilik ideyalarına sədaqət, ictimai marağa xidmət, hüquqi ziyalı mövqeyi hər zaman ön planda dayanır. Zalov beynəlxalq arenada Azərbaycan reallıqlarını tam dəqiqliklə, faktlara əsaslanaraq təbliğ edir və ölkəmizin hüquqi inkişafının xaricdə düzgün anlaşılmasına töhfə verir.


Bu görüş həm də onu sübut edir ki, Azərbaycan hüquq-mühafizə orqanlarının gördüyü işlər, həyata keçirdiyi islahatlar təkcə ölkə daxilində deyil, beynəlxalq müstəvidə də maraq doğurur. Xarici hüquq mütəxəssisləri ilə qurulan əlaqələr, dialoqlar və əməkdaşlıqlar Azərbaycan hüquq sisteminin dünya təcrübəsi ilə inteqrasiyasına, qarşılıqlı öyrənməyə, elmi fikir mübadiləsinə geniş imkan yaradır.


Sonda qeyd edilməlidir ki, İsmayıl Zalov ilə Aron Boris Aleksandor Roter arasındakı bu görüş təkcə iki hüquqşünasın şəxsi dialoqu deyil, Azərbaycanın hüquqi-siyasi nüfuzunun, müasir dövlət imicinin və beynəlxalq əməkdaşlıq ruhunun parlaq nümayişidir. Belə təşəbbüslər ölkəmizin hüquqi inkişafına, beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə, Azərbaycan reallıqlarının obyektiv şəkildə tanıdılmasına mühüm töhfə verir.