Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
İsmayıl Zalov Parisdə İnsan Hüquqları Mərkəzində Azərbaycan dövlətinin hüquqi mövqeyini təqdim etdi
12 noyabr 2025-ci il, Paris – ARHD.AZ xəbər verir ki, saytın rəhbəri, beynəlxalq hüquq eksperti və hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov Parisdə İnsan Hüquqları Mərkəzində çıxış edib. Tədbir beynəlxalq hüquqşünaslar, professorlar və hüquq sahəsində tanınmış mütəxəssislərin geniş iştirakı ilə keçirilmişdir.
Zalov çıxışında əsasən Azərbaycanın hüquqi dövlət prinsiplərinə sadiqliyi və ölkədə hüququn tətbiqi mexanizmləri barədə məlumat verib. O bildirib ki, Azərbaycan qanunları effektiv şəkildə tətbiq olunur və vətəndaşların hüquqları tam qorunur. Eyni zamanda, ölkədə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının vətəndaşlara xidmət göstərməsi və onların hüquqlarının müdafiəsi xüsusi vurğulanıb.
Beynəlxalq auditoriyanın diqqətinə çatdırılıb ki, Azərbaycanda siyasi məhbus anlayışı mövcud deyil. İsmayıl Zalov qeyd edib ki, ölkədə vətəndaşların hüquqlarının qorunması, siyasi müstəqilliyin təmin olunması və hüquqi sistemin şəffaf fəaliyyəti dövlət siyasətinin əsas prioritetlərindəndir.
Tədbirdə iştirak edən beynəlxalq hüquqşünaslar və professorlar çıxışı yüksək qiymətləndirərək, Azərbaycanın hüquqi dövlət olaraq fəaliyyətini dünya miqyasında düzgün təqdim etməsinin önəmini vurğulayıblar. Zalovun çıxışı həm də ölkəmizin hüquqi islahatlar, vətəndaş hüquqlarının qorunması və beynəlxalq hüquqa sadiqlik mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.
ARHD.AZ xəbər verir ki, İsmayıl Zalovun Parisdəki çıxışı Azərbaycanın beynəlxalq hüquq platformalarında fəal iştirakının göstəricisi olmaqla yanaşı, həm də ölkəmizin hüquqi sisteminin şəffaflığını və vətəndaşların hüquqlarının qorunmasını dünyaya nümayiş etdirir.
Xüsusi müxbir: Ramil Abışov























































