Menu
Xəbər Lenti
04 Noyabr 2025 20:22Manşet / Gündəm / Sosial

"ARHD.AZ" ictimai-siyasi media saytın rəhbəri, Beynəlxalq Hüquq Eksperti, Hüquq üzrə Fəlsəfə doktoru İsmayıl Zalov Avropa səfərindədir.


  

İsmayıl Zalov Avropada: Azərbaycan dövlətçiliyinin hüquqi gücünü beynəlxalq tribunada müdafiə etdi.



 


"ARHD.AZ" xəbərverirki,Avropa səfərinə yollanan “ARHD.AZ” ictimai-siyasi media saytının rəhbəri, Beynəlxalq Hüquq Eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov Strasburqda mühüm çıxışlar edib. O, Avropa Parlamentində, Avropa İnsan Haqları Məhkəməsində və Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan dövlətini müdafiə edərək, ölkəmizin hüquq dövləti prinsiplərinə sadiqliyini, insan hüquqlarının qorunması istiqamətində görülən genişmiqyaslı işləri beynəlxalq auditoriyanın diqqətinə çatdırıb.


Avropa bu gün Azərbaycan dövlətini hüquqi, demokratik dövlət olduğunu bir daha şahidi oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünyaya sülhü gətirən bir liderdir. Avropada cənab İlham Əliyevin xarici siyasətini dəstəkləyir.


İsmayıl Zalov çıxışında qeyd edib ki, bu gün Azərbaycan Respublikası hüquq və demokratiya prinsipləri üzərində qurulmuş, beynəlxalq normalara uyğun şəkildə fəaliyyət göstərən modern dövlət modelidir. O, xüsusilə vurğulayıb ki, Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsas prioritetlərindəndir və bu istiqamətdə hüquq-mühafizə orqanları da üzərlərinə düşən vəzifələri peşəkarlıqla yerinə yetirirlər.


Hüquq eksperti Strasburqdakı çıxışlarında Azərbaycanın hüquq-mühafizə sisteminin müasir tələblərə cavab verdiyini, vətəndaş-polis münasibətlərində qarşılıqlı hörmət və etimad mühitinin formalaşdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu gün Azərbaycanda polis vətəndaş üçün xidmət göstərən, cəmiyyətin təhlükəsizliyini təmin edən peşəkar qurum kimi fəaliyyət göstərir. İsmayıl Zalov qeyd edib ki, hüquq-mühafizə orqanları tərəfindən vətəndaşlara qarşı hər hansı işgəncə və ya qeyri-insani rəftar hallarına yol verilmir, bu cür davranışlara qarşı sıfır tolerantlıq siyasəti həyata keçirilir.


İsmayıl Zalov çıxışlarında həmçinin Azərbaycanın məhkəmə və prokurorluq sisteminin fəaliyyətinə də toxunaraq, bu sahələrdə aparılan islahatların ölkədə ədalət mühakiməsinin səmərəli, şəffaf və ədalətli şəkildə təmin olunmasına xidmət etdiyini bildirib. O vurğulayıb ki, Azərbaycan məhkəmələri obyektiv və müstəqil şəkildə fəaliyyət göstərir, hər bir vətəndaşın hüquqlarının qorunması üçün real mexanizmlər mövcuddur.


Beynəlxalq hüquq eksperti Avropa auditoriyasına çatdırıb ki, Azərbaycanda “siyasi məhbus” anlayışı mövcud deyil. O bildirib ki, bu termin bəzi qərəzli dairələr tərəfindən ölkəmizin imicinə kölgə salmaq məqsədi ilə gündəmə gətirilir, lakin reallıqda Azərbaycan dövləti heç bir vətəndaşını siyasi baxışlarına görə təqib etmir. Əksinə, ölkəmizdə fikir və söz azadlığı, toplaşmaq və birləşmək azadlığı tam təmin olunub.


İsmayıl Zalov, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin və "102" xidmətinin fəallığını, operativliyini və vətəndaşlarla düzgün münasibətlərini Avropa qurumları qarşısında yüksək qiymətləndirib. O, qeyd edib ki, bu xidmətlər ölkənin təhlükəsizliyini qorumaqla yanaşı, vətəndaş məmnunluğunun artırılması istiqamətində də mühüm addımlar atır. “Azərbaycan polisi ilə vətəndaş arasında dostluq körpüsü möhkəmdir. Bu gün dövlət və xalq bir amal uğrunda – təhlükəsiz, ədalətli və rifahlı cəmiyyətin qurulması uğrunda birləşib”, – deyə hüquq eksperti vurğulayıb.


İsmayıl Zalov səfər zamanı Qarabağın azad olunması məsələsinə də toxunub. O, bildirib ki, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub və bu, təkcə hərbi deyil, həm də hüquqi və siyasi qələbədir. “Qarabağın azad olunması ilə Azərbaycan vətəndaşlarının konstitusion hüquqları tam şəkildə təmin edilir. Bu, dövlətin ədalətə və beynəlxalq hüquqa sadiqliyinin bariz nümunəsidir”, – deyə İsmayıl Zalov qeyd edib.


O, həmçinin çıxışında 2025-ci ilin “Suverenlik və Konstitusiya ili” elan edilməsinin əhəmiyyətindən danışaraq vurğulayıb ki, bu qərar dövlətimizin müstəqillik, hüquq və ədalət prinsiplərinə bağlılığının növbəti sübutudur. Zalovun sözlərinə görə, Azərbaycan Konstitusiyası ölkənin hüquqi dayağı, vətəndaşların azadlıqlarının təminatçısıdır.


Hüquq üzrə fəlsəfə doktoru səfəri çərçivəsində həmçinin Azərbaycanın vəkillik institutunun inkişafından, bu sahədə görülən islahatlardan da danışıb. O, qeyd edib ki, Azərbaycan vəkilləri bu gün yüksək peşəkarlıqla fəaliyyət göstərir, vətəndaşların müdafiə hüququnun təmin olunmasında mühüm rol oynayırlar.


İsmayıl Zalov çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticələrinə də toxunaraq bildirib ki, dövlət başçısının məqsədyönlü fəaliyyəti nəticəsində ölkədə vətəndaşların sosial rifahı davamlı şəkildə yüksəlir, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma işləri aparılır.


Səfərin sonunda İsmayıl Zalov 8 noyabr – Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edib. O, həmçinin 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə öncədən təbriklərini çatdırıb və bildirib ki, bu bayramlar Azərbaycanın müstəqillik, azadlıq və milli qürur simvoludur.


İsmayıl Zalovun Strasburqdakı çıxışları bir daha göstərdi ki, Azərbaycan dövləti beynəlxalq arenada hüquq və ədalət prinsiplərinə əsaslanan siyasət yürüdür, insan hüquqlarının qorunması və hüquqi islahatların davam etdirilməsi istiqamətində nümunəvi mövqe nümayiş etdirir.