Vətənə sədaqətin əbədi ünvanı – İtkin döyüşçü Elşən Zakir oğlu Əsgərovun şərəfli ömür yolu
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
“Ondan yaxşı qardaş yox idi...” Şəhid gizir Vidadi Nizami oğlu Zalovun bacılarının ürək sızladan xatirələri.
Təhsilə və vətənpərvər nəslin yetişməsinə həsr olunmuş ömür- Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Gülnaz Kərimova
Azərbaycan Respublikası və Türkmənistan Respublikası arasında ikitərəfli münasibətlər dostluq, qardaşlıq və strateji tərəfdaşlıq nümunəsidir
İsmayıl Zalov Avropa Parlamentində Azərbaycan dövlətinin mövqeyini uğurla müdafiə etdi
“ARHD.AZ” ictimai-siyasi media portalının rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov Avropa Parlamentində rəsmi şəkildə iştirak edib. O, çıxışı zamanı Azərbaycanın dövlət maraqlarını və ədalətli mövqeyini beynəlxalq tribunalda yüksək səviyyədə müdafiə edib. Zalovun Avropa səfəri çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi, AŞPA və digər beynəlxalq qurumlarla da görüşlərinin keçirildiyi bildirilir.
Təcrübəli hüquqşünasın Avropadakı fəaliyyəti Azərbaycanın milli mənafelərinin qorunmasına, ölkəmizə qarşı yönələn əsassız ittihamların hüquqi arqumentlərlə cavablandırılmasına xidmət edir. O, beynəlxalq auditoriya qarşısında Ermənistanın işğalçılıq siyasətini, müharibə cinayətlərini və Azərbaycanın ədalətli mövqeyini faktlara əsaslanaraq təqdim edib.
İsmayıl Zalovun çıxışları xüsusilə obyektiv, elmi-hüquqi əsaslara söykənən, eyni zamanda diplomatik etika çərçivəsində formalaşan məzmunu ilə seçilib. O, Azərbaycanın beynəlxalq hüquqa sadiq bir dövlət olduğunu, sülhə və sabitliyə xidmət edən siyasət həyata keçirdiyini vurğulayıb.
Hazırda İsmayıl Zalovun Avropa səfəri davam edir. Onun növbəti mərhələdə bir sıra beynəlxalq təşkilatlarla görüşlər keçirməsi, həmçinin Avropa mediası ilə müsahibələr verməsi planlaşdırılır. Bu səfər Azərbaycan reallıqlarının dünyaya obyektiv çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır və ölkəmizin hüquqi-siyasi imicinin möhkəmlənməsinə töhfə verir.























































