VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
259 saylı orta məktəbdə "Mənim ailəm, mənim xoşbəxtliyim" adlı tədbir keçirildi
Ailə insanın həyatında ən vacib, dəyərli sütunlardan biridir. Heç bir ailəni valideynsiz təsəvvür etmək mümkün deyil. Ailə, insanın mənəvi dünyasını formalaşdıran ən qiymətli varlıqdır. Ailə bir komanda, birlik deməkdir. Ailədə qarşılıqlı sevgi, səmimiyyət, hörmət çox mühüm şərtlərdəndir. İyunun 8-də Sabunçu rayonu Balaxanı qəsəbəsi M.Ə.Sabir adına 259 saylı orta məktəbin akt zalında uzun illərin təcrübəli ibtidai sinif müəlliməsi Ariya Vəliyevanın sinif rəhbəri olduğu 2 c şagirdlərinin iştirakı ilə "Mənim ailəm, Mənim xoşbəxtliyim" adlı möhtəşəm tədbir keçirildi. Tədbirdə 2 c sinif şagirdləri ata-anaya aid bir-birindən maraqlı şeirlər səsləndirdilər,ürək sözlərini dilə gətirdilər, rəngarəng rəqs nömrələri ilə tədbirə xüsusi gözəllik qatmağı bacardılar. Ən müqəddəs varlıqlar olan ata-anaya həsr olunan mahnılar və şeirlər tədbiri izləməyə gələn müəllimlər, valideynlər, nənə-banalar tərəfindən maraqla qarşılandı. Sinif rəhbəri Ariya Vəliyevanın təşkilatçılığı ilə hazırlanan tədbirdə həmçinin şagirdlərin əl işlərindən ibarət xoşbəxt ailə rəsmləri də xüsusi tabloda yer alırdı. "Mənim ailəm, Mənim xoşbəxtliyim" adlı tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə ailə dəyərlərini təbliğ etmək, valideyn-övlad bağlılığını möhkəmləndirmək və xoşbəxt ailə modelinin vacibliyini aşılamaqdır. Bu cür möhtəşəm tədbirlərin orta məktəblərdə keçirilməsi şagirdlərin ictimai bacarıqlarını artırır və yaradıcı qabiliyyətlərini üzə çıxarır.
NİSƏ RAFİQQIZI

























































