Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
SƏFƏRALİYEV QANBOY ƏHMƏDALI OĞLU – LAÇININ ALXASLI KƏNDİNİN VƏTƏN NAMİNƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN İGİD OĞLU!
Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
İcbari Sığorta Bürosu rəqəmsal xidmətlərin genişləndirilməsi, vətəndaşların sığorta məlumatlarına çıxışının asanlaşdırılması və məlumatlandırma imkanlarının təkmilləşdirilməsi istiqamətində daha bir yeniliyi həyata keçirib.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində İcbari Sığorta Bürosunun informasiya sistemi ilə “mygov” rəqəmsal hökumət platforması arasında inteqrasiya təmin edilib.
Yeni inteqrasiya nəticəsində vətəndaşlar icbari sığorta müqavilələri ilə bağlı bildirişləri artıq “mygov” platforması vasitəsilə də əldə edə bilərlər.
Bildirişlər avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası və daşınmaz əmlakın icbari sığortası üzrə müqavilənin qeydiyyatı, sığorta haqlarının ödənilməsi, müqavilələrin qüvvədə olma müddətinin başa çatması, müqavilələrin statusunda baş verən dəyişikliklər və digər müvafiq halları əhatə edir.
Bu yenilik vətəndaşların sığorta müqavilələri ilə bağlı məlumatları vaxtında və rahat şəkildə əldə etməsinə, məlumatlandırma kanallarının genişləndirilməsinə və rəqəmsal xidmətlərin əlçatanlığının artırılmasına xidmət edir.
İcbari Sığorta Bürosu dövlət informasiya sistemləri ilə inteqrasiyanın genişləndirilməsi, sığorta sahəsində rəqəmsal həllərin tətbiqi və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirir.






















































