Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
"TURAN" Türk Dövlətləri Müharibə Veteranları Birliyinin növbəti işgüzar görüşü Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirildi.
Xezertv.info xəbər verir ki, tədbirdə Özbəkistan, Azərbaycan, Qazaxstanın Veteran təşkilatlarının nümayəndə heyətləri iştirak etdilər. Görüşdə Özbəkistan Respublikasının Veteranlar və Əlillər İctimai Birliyi "Veteran" təşkilatının sədri Tələt Muradov, sədr müavini, ehtiyatda olan polkovnik Rustam Salimov, Özbəkistan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovnik-leytenantı, şair Turamırza Oripov, "Veteran" təşkilatı sədrinin məsləhətçisi, ehtiyatda olan mayor Nuriddin Mamatov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin Beynəlxalq məsələlər üzrə müavini, "Azərbaycan bayrağı" ordenli, müharibə veteranı ehtiyatda olan polkovnik Elmar Hüseynov, müharibə veteranı, ehtiyatda olan polkovnik Tahir Yusifov, müharibə veteranı, ehtiyatda olan kapitan Bəyanət Qasımov, Qazaxstan Respublikasından "Tacikistan-Əfqanıstan sərhəddində döyüş əməliyyatları iştirakçıları" İctimai Birliyinin sədri Murat Muxamedjanov, sədr müavini Nurpolad Ayğan iştirak etdilər. Qonaqları Özbəkistanın "Veteran" təşkilatının sədri Tələt Muradov səmimi salamladı. O, Türk Dövlətləri Müharibə Veteranlarının birgə əməkdaşlığı və fəaliyyətini yüksək qiymətləndirdi. AVMVİB sədrinin beynəlxalq məsələlər üzrə müavini polkovnik Elmar Hüseynov AVMVİB-nin sədri Füzuli Rzaquliyevin və Azərbaycan veteranlarının salamlarını görüş iştirakçılarına çatdırdı. Qazaxstan veteranlarının sədri Murat Muxamedjanov qonaqları salamlayaraq görüş iştirakçılarına müvəffəqiyyətlər arzuladı. İşgüzar görüşdə müharibə veteranlarının cəmiyyətdə aktiv fəaliyyəti, qayğıları və həll yolları müzakirə edildi. Təcrübə mübadiləsi aparıldı. Tarixi işgüzar görüşün sonunda Özbəkistan, Azərbaycan, Qazaxstan Veteran təşkilatları arasında "Əməkdaşlıq Memorandumu" imzalandı. Özbəkistan Respublikasının "Veteran" təşkilatının sədri Tələt Muradov və digər fəal veteranlar Qazaxstan Respublikasının Veteranları adından "TURAN" medalı ilə təltif olundular. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin "Turan yolu" Fəxri Diplomu Özbəkistan Respublikasının "Veteran" təşkilatının sədri Tələt Muradov təltif olundu. Ona AVMVİB-nin Xatirə bayrağı və Türk Dövlətləri Təşkilatının bayrağı hədiyyə edildi. Özbəkistan Respublikasının "Veteran" təşkilatının sədri Tələt Muradov çıxış edərək qeyd etdi ki, Özbəkistan Respublikasının "Veteran" təşkilatı 1994-cü ildə yaranıb. Bayram münasibətilə təşkilatın 30 illik Yubiley medalı təsis edilib. 30 illik Yubiley medalı ilə "Veteran" təşkilatının üzvləri və fəxri qonaqlar təltif olunurlar. İdarə heyətinin qərarı ilə Azərbaycan veteranları AVMVİB-nən sədri Füzuli Rzaquliyev, sədr müavini polkovnik Elmar Hüseynov, müharibə veteranı kapitan Bəyanət Qasımov, müharinə veteranı polkovnik Tahir Yusifov, Qazaxıstan veteranlarının sədri Murat Muxamedjanov, müavini Nurpolad Ayğan, xanım Zalına Muxamedjanova, Özbəkistan Silahlı Qüvvələrinin veteranı, polkovnik-leytenant, şair Turamırza Oripov Vetetan təşkilatının 30 illik Yubiley medalı ilə təltif olundular. Tarixi qardaşlıq görüşünün sonunda veteranlar birgə xatirə fotosu çəkdirdilər.
Fərid Faiqoğlu Səfərov




























































