Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
“İşləmək istəyirəm, 15 ildir müraciət edirəm, xeyri yoxdur” - Eldəniz Məmmədov
“Dəfələrlə efirdən də qurumlara müraciət etmişəm. İşləmək istəyirəm. Evdə oturmaqla, konsert verməklə, toya getməklə keçmir belə şeylər”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə müğənni Eldəniz Məmmədov “Xəzər axşamı” verilişində bildirib.
Onun sözlərinə görə, insan hansı zirvəyə qalxırsa, daha da yüksəyini istəyir: “Mən sənətdə bir çox işlər görmüşəm. Fəxr edirəm ki, əsl Azərbaycan musiqisini qoruyub saxlamışam, əsl Azərbaycan musiqisini ifa edirəm. Ali təhsilim var, konservatoriyanı bitirmişəm. Müxtəlif yerlər var ki, orada çalışa bilərəm. Dəfələrlə müraciət etmişəm, 15 ildir səslənirəm, amma xeyri yoxdur. Pedaqoq kimi də çalışa bilərəm, amma magistr diplomum yoxdur.
Dəfələrlə imtahan vermişəm, qəbul ola bilməmişəm. Amma digər universitetlər, kolleclər var ki, orada çalışa bilərəm. Böyük konsert salonlarının ansamblları var, orada da işləyə bilərəm. Həmin müəssisələrin konsertlərində 15-20 ildir ki, ifa edirəm, özüm orada çalışmıram. Həm də ən çətin bəstəkar əsərlərini ifa etmək lazım olanda mənə deyirlər. Amma işə götürmək lazım olanda, ortada heç nə olmur”,- sənətçi deyib.
Qeyd edək ki, 50 yaşlı E.Məmmədov “Xalq Ulduzu 1 (2007)” telemüsabiqəsinin qalibidir.























































