Xəbər Lenti
Dünən, 13:21
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Dünən, 11:24
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
24-10-2026, 11:14
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
23-10-2026, 20:15
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Mədəniyyət Nazirliyinə ittihamlar: Araşdırma başladı - Nə baş verir?
Bir sıra incəsənət nümayəndəsinin dövlət tədbirlərinə dəvətlərdə şəffaf seçim mexanizminin olmadığını iddia etməsi ilə yaranmış qalmaqal bitmək bilmir.
Qaynarinfo İTV-yə istinadən xəbər verir ki, şikayətçilərin sözlərinə görə, illərdir bu siyahıda eyni adlar olur.
Etirazçılardan biri olan Təranə Mahmudova bildirib ki, uzun illərdir caz vokalla məşğul olan müğənni kimi heç bir dövlət tədbirinə dəvət almır:
"Artıq neçə ildir ki, caz vokalla məşğul olan bir musiqiçi kimi heç bir dövlət tədbirində yoxam. Ümumiyyətlə, Azərbaycanı təmsil etmək istəyirəm. Neçə dəfə müraciət etmişəm, caz konsertlərimin olduğunu söyləmişəm. Dünyanın məşhur müğənnilərini bura dəvət etmişəm. Mənim hazır qrupum da var. Azərbaycanımızı təmsil edə bilərəm".
Kamança ifaçısı Şəhriyar Musayev isə deyib: "Bu altı ay ərzində bizdən izahatlar götürüldü. Tək mən deyiləm, bir çox ifaçılar. Pərviz Qasımov, Almaxanım özü, bir çox sənətçilər dəvət olundu. Bizimlə daxili nəzarət şöbəsi əlaqə saxladı. İzahatlar alınsa da, çox təəssüf ki, altı ay ərzində nəticəsiz qaldı".
Mədəniyyət Nazirliyindən bildirilib ki, yayılan iddialarla bağlı araşdırmalar aparılır.























































