Xəbər Lenti
Dünən, 15:07
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
12-11-2026, 18:57
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
12-11-2026, 14:10
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
12-11-2026, 13:53
12 NOYABR – KONSTİTUSİYA GÜNÜ: MÜSTƏQİL AZƏRBAYCANIN HÜQUQİ TƏMƏLİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ MİLLİ SUVERENLİYİNİN TƏNTƏNƏSİ
11-11-2026, 14:01
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
10-11-2026, 21:07
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
10-11-2026, 14:12
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
10-11-2026, 11:05
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
9-11-2026, 18:01
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Mirzoyan Bakıya dəvət olunub: Sülh müqaviləsi imzalaya bilərmi? (ŞƏRH)
"Hesab edirəm ki, sülh müqaviləsi gələn il bağlana bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Bakıda keçiriləcək COP29 tədbirində Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanla təmsil olunacağını şərh edərkən deyib.
"COP29-da Ermənistanı XİN-nin təmsil edəcəyini bəyan etməsi Azərbaycanı tədbirin təşkilatçısı kimi elə də ciddi maraqlandırmır. COP29 beynəlxalq tədbirdir və burda bütün dünyanı maraqlandıran, narahat edən məsələlər müzakirə edilir, qərarlar qəbul edilir. Bu məsələlər hər bir dünya dövlətlərini maraqlandırmalı olan məsələlərdir. Odur ki, Ermənistanın bu tədbirdə hansı dövlət rəsmisilə iştirakı öz işidir. XİN ilə təmsil olunacaq Ermənistanın bu addımı onu deməyə əsas verir ki, tədbir müddətində qeyd edildiyi və istənildiyi kimi sülh müqaviləsi imzalanmayacaq. Bunu Ermənistanın baş naziri Paşinyan edə bilərdi", deyə Azər Qasımov bildirib.

Amma ekspert qeyd edir ki, tədbirdə Azərbaycan və Ermənistan XİN rəhbərləri səviyyəsində hansısa görüş və müzakirələrin olması mümkündür:
"Ola bilər ki, hansısa məsələdə razılıq əldə olunduğu da elan edilsin. Amma Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan edib ki, əksər bəndlər razılaşdırılıb. Bu durumda açıq qalan tək məsələ Ermənistanın konstitusiya dəyişikliyi etməsidir ki, bu istiqamətdə görünən odur ki, addımlar atmaqda tələsmirlər".
Həmsöhbətimiz sülh müqaviləsinin imzalanmasının hələlik mümkün olmadığı qənaətindədir:
"Bu, tək bəlli olan məsələlərdən ibarət deyil. Müəyyən məqamlar vardır ki, hələlik iki ölkə arasında sülhü ləngidir. Bura beynəlxalq oyunçuların maraqlarından tutmuş hər iki ölkənin gözləntiləri də aiddir. Beynəlxalq konyuktur bu məsələləri həll edəcək. Hesab edirəm ki, sülh müqaviləsi gələn il bağlana bilər".
Qeyd edək ki, Ermənistan Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirak etmək üçün xarici işlər naziri Ararat Mirzoyanın adına dəvət alıb. Ermənistan mətbuatının yazdığına görə, bunu adıçəkilən ölkənin xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.
Rüfət Sultan























































