Xəbər Lenti
Dünən, 15:07
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
12-11-2026, 18:57
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
12-11-2026, 14:10
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
12-11-2026, 13:53
12 NOYABR – KONSTİTUSİYA GÜNÜ: MÜSTƏQİL AZƏRBAYCANIN HÜQUQİ TƏMƏLİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ MİLLİ SUVERENLİYİNİN TƏNTƏNƏSİ
11-11-2026, 14:01
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
10-11-2026, 21:07
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
10-11-2026, 14:12
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
10-11-2026, 11:05
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
9-11-2026, 18:01
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bu, Azərbaycanın təhlükəsizliyi üçün ciddi haldır - Aİ-nin 10 milyon avrosu
"Ermənistana göstərilən hər bir yardım regionun stabilliyinə təhlükə hesab olunmalıdır. Avropa İttifaqı Şurasının Ermənistana 10 milyon avro yardım ayırmasına da bu kontekstdən yanaşmaq lazımdır".
Qaynarinfo-ya açıqlamasında bunu politoloq Azər Qasımov Aİ Şurasının Ermənistan Silahlı Qüvvələrinə dəstək üçün 10 milyon avro yardım göstərmək barədə qərarını şərh edərkən deyib:
"Ermənistan adekvat ölkə olmadığı üçün ona verilən hər maddi yardımın təyinatı üzrə istifadə edilməsi mübahisə predmetidir. Amma burada tək Ermənistanın günahı yoxdur. Belə vəziyyətin yaranmasında ona bu dəstəyi verənlərin də rolu böyükdür”.
Həmsöhbətimiz qeyd edir ki, Ermənistana göstərilən dəstək Azərbaycanın imkanları müqabilində yox səviyyəsindədir:
"Ermənistan ona edilən yardımı regionda gərginliyin artırılması istiqamətində sərf etmək kimi qəbul edir. Amma Aİ Şurası da Ermənistanı buna təhrik edir. Aİ, təbii, özü də başa düşür ki, 10 milyon avro ilə Azərbaycana qarşı fəaliyyətdə olmaq mümkün deyil. Elə məqsəd də odur ki, sadəcə regionda gərginlik yaratsınlar. Bu gərginlikdən də istifadə edib öz maraqlarını həyata keçirsinlər".

Politoloq deyir ki, Azərbaycan bu kimi hallara qarşı öz etirazını hər zaman bildirib:
"Ermənistan regionda təhlükəsizliyə, xüsusən də, Azərbaycanın təhlükəsizliyinə təhlükə yaradan ölkə olub, bu indi də belədir. Odur ki, Azərbaycan hər belə hadisəni öz təhlükəsizliyi üçün ciddi hal kimi qəbul edir və bunun ciddi nəticələri olacağının xəbərdarlığını verir”.
Qeyd edək ki, Qərb Ermənistanı silahlandırmaqda davam edir. Aİ Şurası iyulun 22-də Ermənistan Silahlı Qüvvələrinə dəstək üçün 10 milyon avro məbləğində yardım göstərmək barədə qərar qəbul edib. Aİ Şurasının mətbuat xidmətinin məlumatına görə, yardım Avropa Sülh Fondu (APF) çərçivəsində həyata keçiriləcək.
Rüfət Sultan























































