Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
"Demədimmi" kitabının təqdimatı ədəbi mühitdə maraqla qarşılandı
09 iyun 2026-cı il tarixində Azərbaycan Jurnalistlər Birliyinin binasında dəyərli yazar-şairə, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Pərvanə Mehmanlının yeni işıq üzü görmüş "Demədimmi" adlı kitabının təqdimat mərasimi keçirildi.
Tədbir ölkənin tanınmış ziyalılarını, qələm adamlarını, jurnalistləri, şair və yazıçılarını, eləcə də ədəbiyyatsevərləri bir araya gətirdi. Yüksək səviyyədə təşkil olunan təqdimat mərasimi iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və xoş təəssüratlarla yadda qaldı.
Mərasim zamanı çıxış edən natiqlər Pərvanə Mehmanlının yaradıcılıq fəaliyyətindən, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışaraq onun yeni kitabını yüksək qiymətləndirdilər. Qeyd olundu ki, müəllifin qələmindən çıxan əsərlər hər zaman oxucular tərəfindən maraqla qarşılanır və mənəvi dəyərlərin təbliğində mühüm rol oynayır. "Demədimmi" kitabı da müəllifin zəngin yaradıcılıq dünyasının növbəti uğurlu nümunəsi kimi dəyərləndirildi.
Mən də tədbirə şəxsən dəvətli qonaq qismində qatılmaqdan böyük məmnunluq hissi keçirdim. Ədəbi mühitin nümayəndələri ilə bir arada olmaq, yeni kitabın təqdimatında iştirak etmək və müəllifin sevincini bölüşmək mənim üçün xoş və unudulmaz anlardan biri oldu.
Pərvanə Mehmanlı təkcə istedadlı şair və yazıçı deyil, həm də səmimiyyəti, yüksək insani keyfiyyətləri və dostluğa verdiyi dəyərlə seçilən bir ziyalıdır. Onun yaradıcılıq uğurları dostları və oxucuları tərəfindən hər zaman böyük sevinc hissi ilə qarşılanır.
Bu münasibətlə əziz dostum Pərvanə Mehmanlını "Demədimmi" kitabının nəşri münasibətilə ürəkdən təbrik edir, ona yeni yaradıcılıq uğurları, bol oxucu sevgisi, yeni əsərlər və möhkəm can sağlığı arzulayıram. İnanıram ki, bu kitab da müəllifin digər əsərləri kimi oxucuların rəğbətini qazanacaq və Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verəcəkdir.
Jalə Ağakişiqızı
Zəfəryolu.az İnformasiya Agentliyinin rəhbəri























































