“Azər Türk Bank” istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?
İsmayıl Zalovdan Leyla Əliyevaya doğum günü münasibətilə səmimi təbrik və xoş Arzuları
Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə X.Mustafayev küçəsinin kəsişməsində qanunsuz tikintini kim himayə edir.
2 nəfərin ölümünə səbəb sürücünün yuxulaması olub
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) iyunun 8-i Goranboyun Səmədabad kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, hadisə zamanı “VAZ 2107” markalı avtomobilin sürücüsünün sükan arxasında yuxuladığı ehtimal olunur.
Bildirilib ki, 73 yaşlı rayon sakini Səməndər Cəfərov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn 86 yaşlı həmyerlisi Şahbaz Qarayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub.
Nəticədə Şahbaz Qarayev, eləcə də Səməndər Cəfərovun sərnişini Rza Qasımov hadisə yerində ölüblər.
Baş Dövlət Yol Polisi İdarəsi yorğun, yuxusuz və ya səhhətində problem olan şəxslərin sükan arxasında əyləşməsi səbəbindən dəfələrlə ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin törədildiyini bir daha təəssüflə qeyd edir, sürücülərə müraciət edərək onları belə hallardan çəkinməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırır.
Hazırda faktla bağlı araşdırma aparılır.
























































