Xəbər Lenti
30-10-2026, 12:03
Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Tərtərdə iki avtomobil toqquşdu, yol kənarındakı piyada öldü - Foto
Tərtərdə iki avtomobil toqquşub, avtomobildən biri yol kənarındakı 65 yaşlı qadını vurub öldürüb.
“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, yol-nəqliyyat hadisəsi ötən gün rayonun Qaraqoyunlu kəndində baş verib.
Hərəkətdə olan “VAZ 2107” markalı avtomobil qarşıdan gələn “Hyundai” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən “Hyundai” avtomobili yoldan çıxaraq kənd sakini Nazilə Cəfərovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində həlak olub.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
























































