ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
NAXÇIVANDA CİP MARKALI AVTOMOBİLLƏ MƏKTƏBLİ QIZI VURUB QAÇAN SÜRÜCÜNÜN ARXASLNDA KİMLƏR DURUR? - HƏLƏ DƏ TAPILMIR

Vetenperlertv.az xəbər verir ki, Naxçıvan şəhərində Hüseyn Cavid məqbərəsinin önündə piyada keçidinin üzərində hərəkətdə olan məktəbli qızı cip markalı avtomobillə vuraraq xəsarət yetirmişdir. Hadisə yerindən uzaqlaşan sürücü hələ də polis tərəfindən müəyyənləşməyib. Nəzərə alsaq ki, bu gün texnologiyanın inkişaf etdiyi bir dövrdə şəhər mərkəzində qəza törədən sürücü tapılmırsa, deməli bunun arxasında kim və ya kimlər dayanıb. Saytımıza verilən məlumata görə şikayətçi tərəf dəfələrlə təkid etsə də bu hadisə ört-basdır edilməyə cəhd edilir.
Sayt olaraq Naxçıvan MR Daxili İşlər Nazirliyinə müraciət edərək bildiririk ki, həmin hadisəni bu yaxınlarda olan sözügedən hadisəni nəzarətə götürsün, ədalətli qərar qəbul edilsin. Ümidvarıq ki, şərəfli Azərbaycan polisi gənc məktəbli qız uşağını vurub hadisə yerindən qaçan sürücünün tapılıb barəsində lazımi tədbirlərin görülməsi yönündə addımlar atılacaqdır.
Vetenperlertv.az























































