Xəbər Lenti
Dünən, 09:21
Təhlükəsizliyin keşiyində fədakar xidmət: Fövqəladə Hallar Nazirliyinin şərəfli missiyası
Dünən, 09:17
Konstitusiya İli və humanist dövlətçilik: Prezident İlham Əliyevin hüquqi islahatlara verdiyi tarixi dəyər
15-12-2025, 17:24
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub
15-12-2025, 13:42
ირაკლი კობახიძე: ხანუკა განასახიერებს სინათლის გამარჯვებას სიბნელეზე და სიყვარულის ღირებულებებს, რომლებიც აერთიანებს ხალხებს
29 Yanvar 2023 19:47Hadisə
Avtobusda qadının çantasından içərisində pul və bank kartı olan cüzdanı oğurlanıb
Bakıda cibgirliklə məşğul olan üç nəfər saxlanılıb.
Bu barədə AZƏRTACA-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, daxil olan məlumat əsasında Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal Rayonu Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində marşrut avtobusunda Bakı şəhər sakini qadının çantasından içərisində 570 manatı, sənəd və bank kartı olan cüzdanını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Əliyev saxlanılıb.
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı dəmir yolu stansiyası ərazisində paytaxt sakini M.Səlimovun içərisində 340 manatı olan cüzdanını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Məsim Nağıyev tutulub.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə H.Seyidzadə küçəsindəki mağazaların birində Bakı şəhər sakini olan qadının içərisində 500 manatı, sənəd və bank kartı olan cüzdanını oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Səbinə Ağayeva müəyyənləşdirilərək yaxalanıb.
Hər üç faktla bağlı araşdırma aparılır.