“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
Yasamalda Transformator Məntəqəsində, Abşeron rayonunda isə TM və elektrik yarımstansiyasında təmir işləri aparılacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərişıq”ASC məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi, İsmayıl Talıblı, Ümid Əkbərov, Vasif Əliyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq:
“Abşeron RETSİ-nə daxil olan Aşağı Güzdək qəsəbəsi və Atyalı yaşayış massivinin bəzi ərazilərində saat 09:30-dan 17:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq. Həmçinin planlı fasilə saat 10:00-dan 17:00-dək Xırdalan şəhəri Həsən Əliyev və Masazır qəsəbəsi Rafiq Dünyamalıyev küçələri, eləcə də Ceyranbatan gölünün yuxarı ərazisini, Yeni Saray yolunun sol və sağ hissələrini əhatə edəcək.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar”.























































