VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
İlqar Talıbov – 60 illik yubileyiniz mübarək!
Seyid Cəfər Pişəvəri adına Humanitar fənlər gimnaziyasının direktoru, dəyərli ziyalı və təcrübəli pedaqoq İlqar Talıbovu 60 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirik.
İlqar Talıbov uzun illər ərzində təhsil sahəsində göstərdiyi fədakar fəaliyyəti, yüksək təşkilatçılıq bacarığı, peşəkarlığı və şagirdlərə olan xüsusi diqqəti ilə hörmət və rəğbət qazanmışdır. Onun rəhbərliyi ilə gimnaziyada təhsilin keyfiyyətinin yüksəldilməsi, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşması və istedadlı şagirdlərin dəstəklənməsi istiqamətində mühüm işlər görülür.
60 illik yubiley insan ömrünün müdriklik, təcrübə və kamillik mərhələsidir. Bu əlamətdar gündə İlqar Talıbova möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, pedaqoji fəaliyyətində yeni uğurlar və rəhbərlik etdiyi kollektivlə birlikdə daha böyük nailiyyətlər arzulayırıq.
60 yaşınız mübarək, İlqar müəllim!
Fərid Səfərov
Xezertv.info-nun rəhbəri























































