Menu
Xəbər Lenti
Bu gün 5 matç var
28-10-2026, 10:30

Bu gün 5 matç var

İsmail Kartal qəza etdi
28-10-2026, 09:33

İsmail Kartal qəza etdi

11 Sentyabr 2026 09:51Manşet / Maraqlı

Merkuri 10 kilometrdən çox kiçilib

 

Merkuri planeti yaranışından bəri radiusunu 10 kilometrdən çox itirib.

“Qafqazinfo” xəbər verir ki, Yaponiyanın Hokkaydo Universitetinin tədqiqatçısı Qaku Nişiyamanın rəhbərlik etdiyi heyətin bu kəşfi ABŞ-nin “Geophysical Research Letters” jurnalında dərc olunub.

Tədqiqatlar göstərir ki, təxminən 4,6 milyard il ərzində planetin daxili hissəsi soyuyaraq sıxılıb və səthində çoxsaylı geoloji qırışıqlar əmələ gəlib.

Əvvəllər meteorit kraterləri və lava örtükləri bu izləri gizlətdiyi üçün planetin kiçilmə miqdarı dəqiq qiymətləndirilmirdi.

Yeni analiz metodu sayəsində hazırda radiusu təxminən 2 440 kilometr olan Merkurinin həqiqi kiçilmə miqdarı üzə çıxarılıb.