Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Yer kürəsi “ölür”?
Alimlər planetlərin yaranması və məhvi proseslərini araşdıraraq onların “ömür uzunluğunu” müəyyən edən əsas amilləri təhlil ediblər.
“Qafqazinfo”nun xəbərinə görə, nəticələr göstərir ki, Yer düşündüyümüz qədər uzunömürlü deyil. Bununla belə, kainatın uzaq guşələrində trilyonlarla il mövcudluğunu qoruya biləcək planetlərin olduğu ehtimal edilir.
Planetlərin formalaşması gənc ulduzların ətrafında toz və qaz hissəciklərinin toqquşaraq birləşməsi nəticəsində baş verir. Lakin onların son taleyini müəyyənləşdirmək yaranma prosesindən daha mürəkkəbdir.
Elmi yanaşmaya görə, planetin “ölümü” iki cür başa düşülə bilər: ya tam fiziki məhvi və parçalanması, ya da səthində həyat üçün əlverişli şəraitin geridönməz şəkildə itirilməsi.
Yer kürəsinin gələcəyi birbaşa Günəşin təkamülü ilə bağlıdır. Təxminən 5 milyard ildən sonra Günəş öz yanacağını tükəndirərək qırmızı nəhəng mərhələsinə keçəcək. Bu mərhələdə Yer üzərində okeanlar buxarlanacaq, planet yaşanmaz hala gələcək və daha sonra ya genişlənən Günəş tərəfindən udulacaq, ya da orbitindən çıxaraq kosmosa atılacaq.
Kainata daha geniş miqyasda baxdıqda isə Yer kürəsinin ömrü nisbətən qısa görünür. Ulduzların böyük əksəriyyətini təşkil edən qırmızı cırtdanlar Günəşlə müqayisədə yanacağını daha yavaş sərf edir. Bu səbəbdən onların ömrü trilyonlarla il davam edə bilər.
Belə ulduzların ətrafında yerləşən qayalı planetlər daxili istiliyini və geoloji aktivliyini on milyardlarla il qoruyub saxlaya bilər. Bu isə kainatda Yer kürəsindən qat-qat uzun müddət mövcud ola biləcək “uzunömürlü” dünyaların mümkünlüyünü göstərir.
Planetlərin aqibəti müxtəlif ssenarilərlə nəticələnə bilər: nəhəng kosmik toqquşmalar, ulduzun cazibəsindən qoparaq qalaktikanın dərinliklərinə sürüklənmə və ya ulduzun təkamülü nəticəsində məhv olma.
Nəticə etibarilə, bir planetin ömrü təkcə onun daxili xüsusiyyətlərindən deyil, həm də bağlı olduğu ulduzun və ümumilikdə kainatın gələcək taleyindən asılıdır. Planetlərin necə “öləcəyi” sualı isə, əslində, kainatın özünün sonu ilə bağlı nəzəriyyələrdə cavabını tapır.























































