Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yeni “SOCAR Balakhani” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir.
350 min manatı şəxsi məqsədləri üçün xərcləyib - “Azərişıq” ASC-nin adı MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə külli miqdarda mənimsəmədə ittiham olunan Sabunçu qəsəbəsi 4 saylı notariat ofisinin xüsusi notariusu Səbuhi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən Səbuhi Əliyev ona qarşı irəli sürülən ittihamlar üzrə özünü qismən təqsirli bildiyini deyib. Məhkəmə daha sonra onun ifadəsi ilə davam edib. Səbuhi Əliyev bildirib ki, “Azərişıq” ASC ilə arasında yaranan maliyyə problemi səhmdar cəmiyyətin həyata keçirmək istədiyi 5 milyon manatlıq layihənin alqı-satqısı prosesi zamanı ortaya çıxıb. Onun sözlərinə görə, “Azərişıq” ASC-nin həmin layihənin həyata keçirilməsi üçün depozitdə saxladığı 350 min manatı şəxsi məqsədləri üçün xərcləyib. S.Əliyev həmin məbləği 14 gün ərzində geri qaytarmağı planlaşdırdığını, lakin qarşı tərəfin pulu vaxtından əvvəl tələb etməsi səbəbindən bunu edə bilmədiyini bildirib.
“Razıyam ki, əvvəldən belə olmamalı idi. Amma məsələni dramatikləşdirən qarşı tərəfin bir gün içində qoyduğu tələb oldu. Bu vəziyyətə gətirmək kimə nə verdi ki? Nazirlik araşdırmadan dərhal prokurorluğa məlumat verdi. Sadəcə burada bir-birimizi anlamamağımız işi bu yerə gətirdi”, - deyə təqsirləndirilən şəxs bildirib.
Bunu da oxu
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
Azərbaycanlılar bu ölkəyə də vizasız gedə biləcək
Tanınmış aktrisanın adından dələduzluq edildi
Növbəti məhkəmə prosesi sentyabrın 24-ü saat 12:00-a təyin olunub.
Xatırladaq ki, Ədliyyə Nazirliyində aparılan daxili araşdırma zamanı Səbuhi Əliyevin külli miqdarda vəsaiti mənimsəməsinə əsaslı şübhələr yarandığından toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ilkin araşdırması ilə Səbuhi Əliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vəsaiti mənimsədiyi müəyyən edilib. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
Səbuhi Əliyev barəsində əvvəlcə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. 2026-cı il iyulun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən hazırlıq iclasında məhkəmə dəymiş ziyandan hər hansı ödəniş edilməməsini əsas gətirərək onun məhkəmə zalında həbs olunmasına qərar verib.
Məhkəmədə təqsiri sübuta yetirilərsə və dəymiş ziyan ödənilməzsə, Səbuhi Əliyevi 5 ildən 10 ilədək həbs cəzası gözləyir.
Bildirilir ki, Səbuhi Əliyev 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb və hüquqşünas alimdir. /Lent.az/






















































