Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yeni “SOCAR Balakhani” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
Taleh Qaraşov şəhid anası Sevil Babayevanı Lənkərandakı yeni evində ziyarət edib
Sentyabrın 10-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Vətən uğrunda canından keçmiş şəhid Babayev Vüqar İlham oğlunun anası Babayeva Sevil Qulam qızı ilə görüşüb. İcra başçısı əslən Lənkərandan olan, lakin hazırda Bakıda yaşayan şəhid anasını Lənkəran şəhərindəki yeni mənzilində ziyarət edib.
Ziyarət zamanı şəhid ailəsinin qayğı və problemləri ilə yaxından maraqlanan Taleh Qaraşov dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu, onlara göstərilən diqqət və qayğının prioritet təşkil etdiyini vurğulayıb.
Şəhid anası Sevil Babayeva da öz növbəsində onlara göstərilən davamlı dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. O, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqətini hər zaman hiss etdiklərini qeyd edərək, Ali Baş Komandana və dövlətimizə dərin təşəkkürünü ifadə edib.






















































